Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? - Fonddan AÇIQLAMA
Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? - Fonddan AÇIQLAMA
Cəmiyyət

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? - Fonddan AÇIQLAMA

Bu gün
21:24
0 baxış
Paylaş:

Ölkə ərazisində ötən həftə müşahidə olunan qeyri-sabit hava şəraiti, normadan artıq yağıntılar digər sahələrə olduğu kimi kənd təsərrüfatına da təsir edib.

Ölkə ərazisində ötən həftə müşahidə olunan qeyri-sabit hava şəraiti, normadan artıq yağıntılar digər sahələrə olduğu kimi kənd təsərrüfatına da təsir edib.

Gundem.today xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Bildirilib ki, güclü yağış, çay daşqınları və sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb, təsərrüfatlara ziyan dəyib:

"Bununla əlaqədar sığortalı fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. Təsərrüfatlara zərər dəyməsi ilə bağlı əsas müraciətlər Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarında qeydə alınıb.

Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Belə ki, Xaçmaz rayonunda güclü yağışlar nəticəsində Ağçay çayının və digər kiçik çayların daşması səbəbindən rayonun İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli, Keymərəz, Niyazoba, Qaraqurdlu, Çığatay, Hacılar və Qarqan kəndlərində sığortalı payızlıq arpa, buğda sahələrini, badam, armud və heyva bağlarını su basıb. Bəzi əkin sahələri lillə örtülüb, fermerlərin müraciətinə əsasən bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrə çatıb.

Şabran rayonunda isə güclü yağışlar nəticəsində Dəvəçi və Şabran çaylarının, eləcə də bəzi kanalların daşması səbəbindən rayonun Liman, Udulu Ağalıq və Gəndov kəndlərində sığortalanmış payızlıq arpa sahələrini və gilas bağını su basıb.

Qusar rayonunda Buxur kəndindən gələn çayın daşması nəticəsində Çubuqlu kəndində arpa sahəsini, Yasab çayının daşması nəticəsində isə eyniadlı kənddə sığortalanmış buğda sahəsini su basıb. Güclü yağışlar nəticəsində Quba rayonunda Quruçay daşaraq Aşağı Xuc kəndində alma bağını, Siyəzən rayonunun Balaca Həmyə və Qalaşıxı kəndində isə intensiv və güclü yağışlar nəticəsində payızlıq arpa sahələrini su basıb. Dağlıq Şirvan regionundan Fonda daxil olan əsas müraciətlər Ağsu rayonunun payına düşüb. Belə ki, rayonun Rəhimağalı və Muradlı kəndlərində dağdan gələn sel suları nəticəsində sığortalı badam bağlarını və buğda sahələrini su basıb. Şamaxı rayonunda Ağsu çayının daşması nəticəsində Çuxuryurd kəndində, Qobustan rayonunun isə Dərəkənd kəndində normadan artıq yağan yağış nəticəsində arpa sahələrində subasma baş verib. Eyni zamanda, Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Hacıqabul rayonu Qızılburun kəndi, Pirsaat çayının daşması nəticəsində arpa sahəsini su basıb. Ağcabədi rayonunda isə alma bağı qasırğa və güclü yağış səbəbindən zərər çəkib.

Ümumilikdə son günlər güclü yağış səbəbindən 2 100 hektara yaxın əkin sahəsinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#kənd_təsərrüfatı#aqrar_sığorta_fondu#subasma#güclü_yağışlar#daşqın#sel_fəsadları#fermerlər#əkin_sahələri#meyvə_bağları#taxıl_biçini#Xaçmaz_daşqın

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240