
"Tesla" İlon Maskın 12 rəqəmli maaşını açıqladı
Amerikalı iş adamı İlon Maskın 2025-ci il üçün "Tesla"dakı mümkün maaşı 12 rəqəmli ola bilər və 158 milyard dollara çata bilər.
Amerikalı iş adamı İlon Maskın 2025-ci il üçün "Tesla"dakı mümkün maaşı 12 rəqəmli ola bilər və 158 milyard dollara çata bilər.
Gundem.today-ın xəbərinə görə, bu barədə "The Times" nəşri şirkətin tənzimləyici sənədlərinə istinadən məlumat verib.
Söhbət şirkətlə kompensasiya müqaviləsi çərçivəsində tranşdan gedir. Bu sənədə əsasən, səhmdarlar dünyanın ən varlı adamının tələb etdiyi trilyon dolları ödəməyə razılaşıblar.
Eyni zamanda, faktiki məbləğ hədəf göstəricilərin yerinə yetirilməsindən asılıdır - mükafatın birinci hissəsini almaq üçün Maskın rəhbərlik etdiyi "Tesla" şirkətinin kapitallaşmasını 1.2 trilyon dollardan 2 trilyon dollara qədər artırmaq, tam paket üçün isə robotların və pilotsuz taksilərin kütləvi istehsalını təmin etməklə 8.5 trilyon dollara çatdırmaq lazımdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp İranla bağlı planını açıqladı - Növbəti addım nə olacaq?
ABŞ Prezidenti Donald Tramp İranın əlində qalan raket potensialını məhv etmək istədiyini bildirib.
DünyaMəşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib
Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbəb olur.
DünyaABŞ-də xristianlar üçün məzmunu filtrləyən yeni mobil şəbəkə yaradılır
ABŞ-də daxili məzmun filtrləmə sistemi olan, xristianlar üçün nəzərdə tutulmuş yeni mobil şəbəkə hazırlanır.
DünyaDoqquz övlad atası Boris Conson Avropada doğum səviyyəsinin azaldılmasına çağırıb
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Avropa ölkələrini doğum səviyyəsini artırmağa yönəlmiş proqramlardan imtina etməyə çağırıb.