
Teylor Svift səsini süni intellektdən qorumaq üçün tədbir gördü
ABŞ-li müğənni Teylor Svift Patent və Ticarət Nişanları İdarəsinə ticarət nişanının qeydiyyatı üzrə üç ərizə təqdim edib. Bu qanuni addım, ehtimal ki, süni intellekt (AI) dövründə onun öz şəxsiyyətini qorumaq məqsədi daşıyır.
ABŞ-li müğənni Teylor Svift Patent və Ticarət Nişanları İdarəsinə ticarət nişanının qeydiyyatı üzrə üç ərizə təqdim edib. Bu qanuni addım, ehtimal ki, süni intellekt (AI) dövründə onun öz şəxsiyyətini qorumaq məqsədi daşıyır.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Variety" nəşri məlumat verib.
Ərizələrdən ikisi onun səsini əks etdirən səs ticarət nişanlarına aiddir: "Hey, bu Teylor Sviftdir" və "Hey, bu Teylordur".
Üçüncü ticarət nişanı vizualdır. Söhbət Teylor Sviftin qara kəmərdə, çəhrayı gitara ilə, rəngbərəng çalarlı bodidə və gümüşü çəkmələrdə olduğu fotosundan gedir. O, çəhrayı səhnədə rəngbərəng mikrofonun qarşısında, bənövşəyi alovlar fonunda dayanıb.
"Swift's TAS Rights Management" şirkətindən olan ərizələri "Gerben IP"dən olan intellektual mülkiyyət məsələləri üzrə vəkil Coş Qerben aşkar edib. Onun sözlərinə görə, ticarət nişanı üçün ərizələr əyləncə sənayesi nümayəndələri arasında potensial təhlükə ilə bağlı olan narahatlıqları nümayiş etdirir. Sənətçilər hesab edirlər ki, süni intellekt onların razılığı olmadan öz səslərini və fotolarını idarə etmək imkanından məhrum edə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesMəşhur aktyor səhhətindəki problemlərə görə karyerasına fasilə verir
Məşhur britaniyalı aktyor Tom Hardi səhhətindəki problemlər səbəbindən karyerasına fasilə verməyə hazırlaşır.
Şou-biznesNüsretin qardaşı Özgür Gökçe həbs edildi
Türkiyədə məşhur ət restoranının sahibi Nüsretin qardaşı Özgür Gökçe həbs edilib.
Şou-biznesTürkiyəli məşhur aşpaz Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum oldu
Türkiyənin narkotik əməliyyatı çərçivəsində barəsində saxlanılma qərarı çıxan məşhur aşpaz, "MasterChef" müsabiqəsinin münsifi Somer Sivrioğlunun narkotik testinin nəticəsi məlum olub.
Şou-biznesƏslən Bakıdan olan məşhur aktyor vəfat etdi
Rusiyanın Əməkdar artisti, rejissor və aktyor Lev Şimelov 97 yaşında vəfat edib.