Son dəqiqə
Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sərgilərinə dair mətbuat konfransı keçirilib - FOTOEşqi Bağırov: "Məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur""Neftçi" ilə matçda Medinadan tarixi göstəriciMəktəblərdə keçirilən monitorinqlərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTOAttestatlarla bağlı YENİLİKElçin Əmirbəyov Vatikanda Cənubi Qafqazda sülh məsələsini müzakirə edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ
Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ
Cəmiyyət

Tikinti obyektlərində yoxlama - Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ

Bu gün
10:48
0 baxış
Paylaş:

Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib.

Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi məlumat yayıb.

Mərkəz fəaliyyətə başladığı tarixdən etibarən tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə 380 səyyar yoxlama həyata keçirib.

Bu monitorinqlər çərçivəsində ümumilikdə 13 291 nəfər yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunub. Yoxlanılmış işçilərin 555 hüquqi və fiziki şəxsi təmsil etdiyi aşkar edilib.

Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az işçinin cəlb olunması ilə bağlı 238 işəgötürən, 10 və daha çox işçinin cəlb olunması ilə bağlı isə 51 işəgötürən üzrə pozuntu halları qeydə alınıb. Aşkar edilmiş pozuntular üzrə ümumilikdə 2 milyon 526 min 700 manat məbləğində cərimə və maliyyə sanksiyaları tətbiq edilib.

Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində həyata keçirilən yoxlama tədbirləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqi məqsədilə geniş maarifləndirmə işləri də aparılır. Son 9 il ərzində Bakı şəhərində yerləşən 547-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər zamanı qeyri-formal məşğulluğun səbəbləri müzakirə edilib, həlli yolları təqdim olunub və metodiki tövsiyələr verilib.

Kompleks yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Təhlillər göstərir ki, ilkin dövrlə müqayisədə çoxmənzilli yaşayış binalarının inşasında qeyri-formal məşğulluğun səviyyəsi dörd dəfədən artıq azalıb. Görülmüş işlər işəgötürənlər və işçilər tərəfindən əmək qanunvericiliyinin tələblərinə daha yüksək səviyyədə riayət olunmasına şərait yaradıb və bu sahədə müsbət nəticələrlə müşayiət olunub.

380 səyyar yoxlama tədbirinin nəticəsi olaraq yalnız monitorinq edilmiş işəgötürənlər üzrə ümumilikdə 357 040 əmək müqaviləsi imzalanıb.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bir daha bildirir ki, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda son imzalanma tarixindən müqavilə bağlanılmış yaxud ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. İşəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə ciddi riayət etmələri, işçilərə isə işə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyə olunur.

Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Əmək_Məcəlləsi#Əmək_müqaviləsi#Tikinti_obyektləri

Oxşar Xəbərlər

Eşqi Bağırov: "Məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur"Cəmiyyət

Eşqi Bağırov: "Məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur"

"Təhlükəsizlik məqsədilə məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur".

Bu gün
13:060
Məktəblərdə keçirilən monitorinqlərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTOCəmiyyət

Məktəblərdə keçirilən monitorinqlərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

"Regional təhsil idarələri və hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq çərçivəsində bir qisim məktəbdə monitorinqlər həyata keçirilir".

Bu gün
13:020
Attestatlarla bağlı YENİLİKCəmiyyət

Attestatlarla bağlı YENİLİK

"Bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq".

Bu gün
13:000
AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTOCəmiyyət

AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTO

Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.

Bu gün
12:520