Son dəqiqə
Keçən il dövlət büdcəsinin xərcləri 38 milyard manatı keçib2025-ci ildə dövlət büdcəsindən ən böyük pay hara xərclənib?Ötən il əməkhaqqı və sosial ödənişlərə ayrılan vəsait artıbTramp ABŞ-nin ədliyyə naziri postuna Blanşın təsdiqlənməsini təklif etdiSosial müdafiə xərcləri bir ildə 400 milyon manatdan çox artıbAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. "Toplum TV"isində təqsirləndirilənlərə ağır cəza istənildi
"Toplum TV"isində təqsirləndirilənlərə ağır cəza istənildi
Kriminal

"Toplum TV"isində təqsirləndirilənlərə ağır cəza istənildi

14:04
0 baxış
Paylaş:

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli özünü idarə müəssisələrində müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətli 16 il, Ramil Babayev 14 il , Əli Zeynalov 15 il , Müşfiq Cabbarov 14 il , İlkin Əmrahov 14 il , Fərid İsmayılov 13 il və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib. O, Elmir Abbasovun zaldan həbs olunmasını istəyib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin olunmasını təklif edib.

Xatırladaq ki, 2024-cü il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Toplum_TV_işi#Akif_Qurbanov#Ələsgər_Məmmədli#Ruslan_İzzətli#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#məhkəmə_xəbərləri#cinayət_işi#prokuror_tələbi#qaçaqmalçılıq_ittihamı#həbs_cəzası#əmlak_müsadirəsi.

Oxşar Xəbərlər

Bakıda ata və məktəbli oğlunun faciəli şəkildə öldükləri hadisənin TƏFƏRRÜATIKriminal

Bakıda ata və məktəbli oğlunun faciəli şəkildə öldükləri hadisənin TƏFƏRRÜATI

Bakı şəhərinin Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində ata və oğlunun öldükləri hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

11:060
Azərbaycanda həbsdə olan Fransanın SAUR şirkətinin vitse-prezidentinin cəzası azaldılıbKriminal

Azərbaycanda həbsdə olan Fransanın SAUR şirkətinin vitse-prezidentinin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsi azərbaycanlı milyarder Fərhad Əhmədovdan rüşvət tələb etməkdə təqsirləndirilən Anass Derrazın həbs müddətini 12 ildən 9 ilə endirib. Məhkəmə qərarı, rüşvət ittihamları və Aleksandr Benallanın İnterpol tərəfindən axtarışı haqqında ətraflı məlumat.

10:380
Adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri yenidən məhkəmə qarşısındaKriminal

Adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri yenidən məhkəmə qarşısında

Adam oğurluğunda təqsirləndirilən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

10:260
Əfqan Sadıqov həbs edildiKriminal

Əfqan Sadıqov həbs edildi

Hədə-qorxu ilə tələb etmədə ittiham olunan Əfqan Sadıqov həbs edilib.

09:300