Son dəqiqə
Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEOİtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlibTürkiyə və Ermənistan arasında müqavilə imzalandı - FOTOKanada Ukraynaya 200 milyon dollarlıq hərbi dəstək göndərdiPaytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur - FOTO - 04.05.2026"Space"in yeni rəhbəri kimdir? - DOSYE
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ
Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ
Cəmiyyət

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

Bu gün
17:04
0 baxış
Paylaş:

"Kənd Təsərrüfatı Nazirliyi əkilməyən torpaqlarla bağlı layihə təqdim edəcək".

"Kənd Təsərrüfatı Nazirliyi əkilməyən torpaqlarla bağlı layihə təqdim edəcək".

Gundem.today xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və İcra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda sözügedən istiqamətdə qanun layihəsi üzərində işlənilir:

"Bundan başqa, bizim bir qanun layihəmiz var idi, təəssüf ki, parlamentə qədər çatdıra bilmədik. Qanun layihəsi çərçivəsində bu məsələni altproqram kimi nəzərdə tutmuşduq. Türkiyədə istifadə olunan mexanizm var ki, əgər torpaq mülkiyyətçisi iki il müddətində onu istifadə etmirsə, dövlət həmin torpağı, məsələn Yasərin adından Arifə icarəyə verir, icarə haqqını isə Yasərin bank hesabına köçürür. Bununla da torpaqların istifadəsini məcburi edir. Həmçinin istifadəsiz torpağa görə də vergiləri dəfələrlə artırır.

Bu gün bizdə bələdiyyə vergisidir. Lakin tətbiq mexanizmi, görünən odur ki, istənilən səviyyədə deyil. Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, başqa səbəbləri də var. Azərbaycanda 75-76 faiz torpaq sahələri 3 hektardan aşağıdır. Bu torpaqlarda isə təsərrüfat iqtisadi cəhətdən səmərəli deyil. Bu, sizin üçün əlavə gəlir sahəsi ola bilər. Yəni müəllimsən, ikinci iş yeri kimi bu torpaqları əkib, pul qazana bilərsən. Taxılçılıqda iqtisadi cəhətdən səmərəlilik 24 hektardır. Bağçılıq, bostançılıq 3-5 hektardır. Kənd yerlərində torpaqlar var ki, urbanizasiya prosesinə görə də torpaqlar istifadə olunmur. Gələcək üçün bununla bağlı fikirlərimiz var".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#kənd_təsərrüfatı_nazirliyi#əkilməyən_torpaqlar#istifadəsiz_torpaqlar#torpaqların_icarəyə_verilməsi#yasər_abdullayev#milli_məclis#aqrar_sahə#torpaq_vergisi#qanun_layihəsi#kənd_təsərrüfatı

Oxşar Xəbərlər

Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEOCəmiyyət

Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEO

Nəsimi rayonunda yol polisi "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib.

Bu gün
18:080
Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur - FOTO - 04.05.2026Cəmiyyət

Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur - FOTO - 04.05.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
17:590
"Space"in yeni rəhbəri kimdir? - DOSYECəmiyyət

"Space"in yeni rəhbəri kimdir? - DOSYE

"Space" televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib.

Bu gün
17:580
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni təyinat olub - FOTOCəmiyyət

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni təyinat olub - FOTO

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.

Bu gün
17:480