
Türkiyə və Ermənistan arasında müqavilə imzalandı - FOTO
Türkiyə və Ermənistan tarixi Ani körpüsünün bərpasını müştərək şəkildə həyata keçirəcəklər.
Türkiyə və Ermənistan tarixi Ani körpüsünün bərpasını müştərək şəkildə həyata keçirəcəklər.
Gundem.today xəbər verir ki, bu barədə Yerevanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz öz şəxsi "X" hesabında paylaşıb.
C.Yılmaz qeyd olunan məsələyə dair Ermənistan tərəfi ilə rəsmi razılaşmanın bağlandığını bildirib. Türkiyə mətbuatında yer alan məlumatlara əsasən, sənədə Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan imza atıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
DünyaÇində zavodda güclü partlayış oldu - VİDEO
Çində Hunan əyalətində fişəng istehsalı zavodunda güclü partlayış baş verib.
Dünya"The Guardian": ABŞ BMT-ni büdcə ixtisarı ilə hədələyir
ABŞ Prezidenti Donald Trampın komandasına daxil olan rəsmilər Vaşinqton tərəfindən irəli sürülən "yardım müqabilində ticarət" strategiyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinin ixtisarı ilə bağlı hədə-qorxu gəlirlər.
DünyaKanada Ukraynaya 200 milyon dollarlıq hərbi dəstək göndərdi
PURL proqramı xətti ilə Kanada rəhbərliyi tərəfindən Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım paketi ayrılıb.