
Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATI
Şəki Ağır Cinayətlər Məhkəməsində 11 yaşlı oğlunun ölümündə təqsirləndirilən 34 yaşlı Polad Ağababayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində 11 yaşlı oğlunun ölümündə təqsirləndirilən 34 yaşlı Polad Ağababayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gundem.today-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.Ağababayev 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində baş verib. Qəbələ rayon sakini 1992-ci il təvəllüdlü Polad Ağababayev qohumunun toy mərasimində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evinə qayıtmaq istəyib. O, 11 yaşlı oğlu ilə birlikdə “Opel” markalı avtomobilində evinə qayıdarkən yolda idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində P.Ağababayev xəsarət alıb, oğlu Z.Ağababayev isə xəstəxanada dünyasını dəyişib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəNaxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Naxçıvan Muxtar Respublikasında dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisəİki nəfərin ölümü, altı nəfərin yaralanmasına səbəb olan tələbəyə HÖKM OXUNDU
İki nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində təqsirləndirilən tələbə Məhəmməd Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
HadisəÖlkə ərazisində suçəkmə işləri davam etdirilir - VİDEO
Fövqəladə Hallar Nazirliyi Bakı, Sumqayıt, Abşeron və Xaçmazda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması və suçəkmə işlərini fasiləsiz həyata keçirir.
HadisəMəktəbdə valideyni döyən müəllim CƏZALANDIRILDI
Biləsuvarda təhsil müəssisəsində insident olub.