Son dəqiqə
SAXAL Livanda əməliyyat başlayandan "Hizbullah"ın 1400 üzvünün öldürüldüyünü açıqlayıbTramp: "Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər"İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldıAbşeronda şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ: Valideynlər çətin vəziyyətdə qalıblar - VİDEOKİV: İsrail Livanı vursa, İran danışıqları dayandıracaq13 il əvvəl qətl törədən şəxs ələ keçirildi - Xəbərlərin 20:00 buraxılışı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. İki nəfərin ölümü, altı nəfərin yaralanmasına səbəb olan tələbəyə HÖKM OXUNDU
İki nəfərin ölümü, altı nəfərin yaralanmasına səbəb olan tələbəyə HÖKM OXUNDU
Hadisə

İki nəfərin ölümü, altı nəfərin yaralanmasına səbəb olan tələbəyə HÖKM OXUNDU

Bu gün
18:48
1 baxış
Paylaş:

İki nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində təqsirləndirilən tələbə Məhəmməd Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İki nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində təqsirləndirilən tələbə Məhəmməd Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gundem.today-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, müttəhim 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Mingəçevir şəhərində baş verib.

Təqsirləndirilən şəxs - Mingəçevir sakini, 2004-cü il təvəllüdlü tələbə Məhəmməd boş vaxtlarında özünə məxsus VAZ-2107 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. O, hadisə günü gecə saatlarında sifariş arxasınca gedərkən yol-hərəkəti qaydalarını pozaraq qəfil yolun əks istiqamətinə çıxıb və Bakıdan Mingəçevirə sərnişin daşıyan "Mercedes-Vito" markalı nəqliyyat vasitəsilə toqquşub, mikroavtobus aşıb. Hadisə nəticəsində "Mercedes-Vito"nun sərnişini - Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva və onun 4 yaşlı oğlu Adəm Nəbiyev aldıqları xəsarətdən dünyasını dəyişiblər. Qəza zamanı mikroavtobusda olan digər 6 nəfər - 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev və 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva xəsarət alıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Yol-nəqliyyat_hadisəsi#Mingəçevir_şəhəri#Ölüm_hadisəsi#Məhkəmə_hökmü

Oxşar Xəbərlər

Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alanlar varHadisə

Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasında dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
19:200
Ölkə ərazisində suçəkmə işləri davam etdirilir - VİDEOHadisə

Ölkə ərazisində suçəkmə işləri davam etdirilir - VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakı, Sumqayıt, Abşeron və Xaçmazda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması və suçəkmə işlərini fasiləsiz həyata keçirir.

Bu gün
17:061
Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATIHadisə

Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATI

Şəki Ağır Cinayətlər Məhkəməsində 11 yaşlı oğlunun ölümündə təqsirləndirilən 34 yaşlı Polad Ağababayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün
16:200
Məktəbdə valideyni döyən müəllim CƏZALANDIRILDIHadisə

Məktəbdə valideyni döyən müəllim CƏZALANDIRILDI

Biləsuvarda təhsil müəssisəsində insident olub.

Bu gün
13:560