
Tramp Çinə səfərindən əvvəl İranla müqavilə bağlayacaq?
ABŞ Prezidenti Donald Tramp Çinə edəcəyi səfərə qədər İranla razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.
ABŞ Prezidenti Donald Tramp Çinə edəcəyi səfərə qədər İranla razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.
Gundem.today xəbər verir ki, Ağ Ev lideri bu fikirləri PBS-yə verdiyi müsahibə zamanı səsləndirib.
"Bəli, bu ehtimal mümkündür. Hesab edirəm ki, bu prosesin yekunlaşması üçün kifayət qədər yaxşı şanslar mövcuddur. Əgər bu baş verməsə, biz yenidən onları rəhmsizcəsinə bombalamağa başlamalı olacağıq. Hər şey çox sadədir", - deyə ABŞ prezidenti əlavə edib.
Jurnalistlər ondan danışıqların mümkün yekunları ilə bağlı hələ də nikbin olub-olmadığını soruşublar. Ağ Ev lideri bu suala belə cavab verib:
"Düşünürəm ki, bəli. Lakin mən əvvəllər də onlarla bağlı eyni cür düşünürdüm, ona görə də gəlin nələrin baş verəcəyini gözləyək".
Qeyd edək ki, Donald Trampın Çinə səfəri mayın 14-15-nə planlaşdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaFTB direktorunun "içki qalmaqalı": Qurum araşdırmalara başlayıb?
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) rəhbəri Keş Patel barədə məlumat sızması ilə bağlı araşdırmaya başlayıb.
DünyaAvropa İttifaqı yenidən formalaşdılır? - Almaniya islahat üçün altı bəndlik plan təqdim etdi
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqının (Aİ) təkrar formalaşdırılması üçün altı bənddən ibarət plan təqdim edib. O, qurumun xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində daha fəaliyyətqabiliyyətli olması üçün genişmiqyaslı islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
DünyaAvropa İttifaqı yenidən formalaşdırılır? - Almaniya altı bəndlik islahat planını təqdim etdi
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqının (Aİ) təkrar formalaşdırılması üçün altı bənddən ibarət plan təqdim edib. O, qurumun xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində daha fəaliyyətqabiliyyətli olması üçün genişmiqyaslı islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
DünyaBeyrutda gərginlik: "Hizbullah" hərbi rəhbərinin ölümünü təsdiqlədi
"Hizbullah" hərəkatının hərbi rəhbərlərindən biri Malik Ballut Beyruta endirilən hava zərbəsi nəticəsində həlak olub.