
Tramp kralla görüşdə protokol qaydalarını pozdu - VİDEO
Böyük Britaniya Kralı III Çarlz rəsmi ABŞ-yə səfəri zamanı gözlənilməz hadisə yaşanıb. Belə ki, Vaşinqtonda rəsmi qarşılanmadan sonra ABŞ lideri Donald Tramp protokol qaydalarını pozub. O, qaydalara zidd olaraq, kralın çiyninə toxunub.
Böyük Britaniya Kralı III Çarlz rəsmi ABŞ-yə səfəri zamanı gözlənilməz hadisə yaşanıb. Belə ki, Vaşinqtonda rəsmi qarşılanmadan sonra ABŞ lideri Donald Tramp protokol qaydalarını pozub. O, qaydalara zidd olaraq, kralın çiyninə toxunub.
Gundem.today xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, kral protokoluna əsasən, heç kim monarxla fiziki təmasın təşəbbüskarı ola bilməz. Buna baxmayaraq, Donald Tramp öz rəğbətini bildirmək məqsədilə III Çarlzın çiyninə sadəcə nəzakətlə toxunub.
"Bu hərəkət kral protokolunu pozdu. Mühüm bir bənd, yəni yazılmamış qayda odur ki, kral ailəsinə heç vaxt fiziki təmas etmək olmaz", - deyə materialın müəllifi qeyd edib.
Xatırladaq ki, Böyük Britaniya Kralı III Çarlz, həyat yoldaşı, kraliça Kamilla ilə birlikdə ABŞ-yə dördgünlük səfər ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ ilə müharibədə İrana nə qədər ziyan dəyib? - Səfir açıqladı
ABŞ-nin İrana zərbələri nəticəsində sözügedən ölkəyə dəyən maddi ziyanın məbləği açıqlanıb.
DünyaNyu-Yorkda "uçan taksi"lərin sınaqları başladı
Nyu-Yorkda Manhetten rayonu ilə aeroport arasında hava taksilərinin ilk sınaq uçuşu reallaşıb.
DünyaRegional vasitəçilər ABŞ və İranı onlayn dialoqa çağırırlar
Bölgədəki vasitəçilər Tehranla Vaşinqton arasındakı fikir ayrılıqlarını tədricən azaltmaq məqsədilə müzakirələrin məsafədən aparılmasını məsləhət görüblər.
DünyaQızıl və gümüş ucuzlaşdı
Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex"də iyun ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə bir trua unsiyası üçün 4 650 dollardan az olub.