Son dəqiqə
Daha 33 ailənin Xocalı həsrətinə son qoyulduGömrük orqanlarının qanunsuz əməllərinə görə təzminat ödəniləcəkQazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildiMəhsulların "daxili mal" statusunu itirmə qaydaları müəyyənləşdirilirGömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Məhkəməyə müraciət edə biləcəkABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Tramp NATO üzvlərinə ultimatum verdi
Tramp NATO üzvlərinə ultimatum verdi
Dünya

Tramp NATO üzvlərinə ultimatum verdi

28 mart 2026
15:24
1 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Trampın komandası müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək vermək niyyətində deyil.

ABŞ Prezidenti Donald Trampın komandası müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək vermək niyyətində deyil.

Gundem.today xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" nəşri məlumat yayıb.

Buna görə həmin ölkələr alyansın qərarlarına qatılmaq imkanından məhrum ola, 5-ci maddədən yararlana bilməz.

ABŞ Almaniyadakı hərbçilərini geri çağırmağı nəzərdən keçirir. Ağ Ev bu addımı NATO tərəfdaşlarının Hörmüz boğazında gəmiçilik fəaliyyətinə donanma göndərməkdən imtina etməsi səbəbindən planlaşdırır. Plan hələ Brüsseldə rəsmi təqdim edilməyib və NATO-da yekdillik prinsipi səbəbindən fikir ayrılığı riski var.

"Gələcək xərclərə qatılmayan ölkələr səsvermə hüququndan məhrum olmalıdır. İspaniya və Böyük Britaniyaya davranışlarının yolverilməz olduğunu göstərmək lazımdır", - deyə xəbərdə qeyd olunur.

Ötən il Haaqada NATO üzvləri razılaşıblar ki, hərbi büdcələr 2035-ci ilə qədər ÜDM-in 5%-inə çatdırılsın, lakin İspaniya buna qarşıdır.

Birləşmiş Ştatlar və İsrailin İrana istiqamətlənmiş hərbi addımlarından sonra Vaşinqtonla Madrid arasındakı ziddiyyətlər bir qədər də kəskinləşib. İspaniya ilk olaraq bu cür əməliyyatları pisləyib. Ardınca isə krallıq ABŞ-nin İrana qarşı hücumlar zamanı onun ərazisindəki hərbi bazalardan faydalanmasına etiraz edib.

Trampın Böyük Britaniyadan narazı qalmasının səbəbi isə Londonun başlanğıcda İrana qarşı əməliyyatlar məqsədilə öz bazalarından istifadəyə razılıq verməməsi idi. Britaniyanın Baş naziri Kir Starmer yekunda hərbi hava bazalarının istifadəsinə şərait yaratsa da, hüquqi bazanın yoxluğunu səbəb gətirərək ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələrdə Londonun yer almayacağını xüsusi olaraq vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Qazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildiDünya

Qazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildi

Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi (FMA) MDB məkanında fəaliyyət göstərən nəhəng qeyri-qanuni kriptovalyuta platforması olan "RAKS Exchange"in bağlandığını elan edib. Qeyd olunan təşkilat rəqəmsal vəsaitlərdən istifadə edərək pulların nağdlaşdırılması və qeyri-qanuni yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə məşğul olub.

Bu gün
14:060
ABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırırDünya

ABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır

ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini Birləşmiş Ştatların rəqibləri olan dövlətlərin kəşfiyyat xidmətləri nümayəndələrinə öz ərazisindən istifadəyə şərait yaratmaqda günahlandırıb.

Bu gün
13:560
Avstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEODünya

Avstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEO

Avstraliyanın Adelaida bölgəsinin Parafild hava limanında kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.

Bu gün
13:480
Tramp əlində avtomatla İranı hədələdi - FOTODünya

Tramp əlində avtomatla İranı hədələdi - FOTO

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Tehranın nüvə sazişi üzrə danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını bəyan edib.

Bu gün
13:320