
Trampdan İrana görə Si Cinpinə sərt mesaj: Dünya yeni böhran ərəfəsindədir?
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpindən İrana silah satmamağı tələb etdiyi və Pekinin bu addımı atmayacağına dair söz verdiyi barədə danışıb.
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpindən İrana silah satmamağı tələb etdiyi və Pekinin bu addımı atmayacağına dair söz verdiyi barədə danışıb.
Gundem.today xəbər ki, Birləşmiş Ştatların rəhbəri bu məsələyə "Fox Business" telekanalına müsahibəsi zamanı toxunub.
Tramp qeyd edib ki, Çin lideri ilə əlaqə saxlamazdan əvvəl onda Pekinin Tehrana hərbi sursat verə biləcəyi barədə məlumatlar olub.
"Mən ona (Si Cinpinə) bu addımı atmamasını xahiş edən məktub göndərdim, o isə cavab məktubunda belə bir fəaliyyətlə məşğul olmadığını bildirdi", - deyə ABŞ dövlət başçısı vurğulayıb.
Müsahibə zamanı o da diqqətə çatdırılıb ki, Çinlə əməkdaşlıq etmək onun üçün heç zaman asan olmayıb, lakin buna baxmayaraq, Çin Xalq Respublikasının sədri ilə müsbət əlaqələr qura bilib.
Xatırladaq ki, aprel ayının 12-də Tramp Pekinin İrana hərbi təchizat həyata keçirəcəyi halda Çin üçün "ciddi problemlər" yaranacağı barədə xəbərdarlıq etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ İrana qarşı "İqtisadi qəzəb" əməliyyatına başlayıb
"ABŞ İrana maliyyə təzyiqi göstərmək məqsədilə "İqtisadi qəzəb" əməliyyatına başlayıb".
DünyaTürkiyədə doqquz nəfəri güllələyərək öldürən şagirdlə bağlı ŞOK DETAL - VİDEO - FOTO
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək bir müəllim və səkkiz şagirdi qətlə yetirən yeniyetmə ilə bağlı yeni detal məlum olub.
DünyaGürcüstan XİN rəhbəri Bakı və İrəvanla münasibətlərdən danışdı: "Yeni məna qazanır"
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin qonşu dövlətlərlə münasibətlərindən danışıb.
DünyaTarixdə bir ilk: "Qaranlıq enerji" cihazı Kainatın sirlərini üzə çıxardı
Astronomlar tarixin ən detallı Kainat xəritəsini tərtib ediblər.