Son dəqiqə
İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlərAvropa liderlərindən sərt mesaj: Müdafiə hazırlığı sürətləndirilməlidirAzərbaycan-Latviya sənədləri mübadilə edilibUNEC-in professoru vəfat edib - FOTOAzərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTOABŞ-də silahlı hücum: 1.8 milyon dollarlıq zirehli maşın qarət edildi - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Türkiyədə doqquz nəfəri güllələyərək öldürən şagirdlə bağlı ŞOK DETAL - VİDEO - FOTO
Türkiyədə doqquz nəfəri güllələyərək öldürən şagirdlə bağlı ŞOK DETAL - VİDEO - FOTO
Dünya

Türkiyədə doqquz nəfəri güllələyərək öldürən şagirdlə bağlı ŞOK DETAL - VİDEO - FOTO

16 aprel 2026
02:02
0 baxış
Paylaş:

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək bir müəllim və səkkiz şagirdi qətlə yetirən yeniyetmə ilə bağlı yeni detal məlum olub.

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək bir müəllim və səkkiz şagirdi qətlə yetirən yeniyetmə ilə bağlı yeni detal məlum olub.

Gundem.today İHA agentliyinə istinadən xəbər verir ki, hücumu törədən 14 yaşlı şagirdin "WhatsApp" profilindəki şəklin özünə deyil, ABŞ-də kütləvi qətliam törətmiş Elliot Rocerə aid olduğu müəyyən edilib.

Xatırladaq ki, Elliot Rocer 2014-cü ildə ABŞ-nin Kaliforniya ştatında silahlı və bıçaqlı hücum həyata keçirərək altı nəfəri öldürmüşdü.

15 aprel, 22:16

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda məktəbə silahlı hücum edən şagirdin anası da saxlanılıb.

Gundem.today İHA agentliyinə istinadən xəbər verir ki, şagirdin atası insidentdən dərhal sonra saxlanılmışdı.

Hazırda hər iki valideynin polis bölməsində ifadələri alınır.

15 aprel, 19:10

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda şagirdin məktəbə silahlı hücumu nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.

Gundem.today "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.

Nazirin sözlərinə görə, həlak olanlardan səkkizi şagird, biri isə müəllimdir:

"Bundan başqa, insident nəticəsində 13 nəfər yaralanıb. Onlardan altısı reanimasiyadadır, üçünün vəziyyəti isə ağır olaraq qalır".

15 aprel, 17:49

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən şagirdin atası Uğur Mersinli saxlanılıb.

Gundem.today xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Məlumata görə, dəhşətli cinayəti həyata keçirən məktəblinin valideyni əvvəllər hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutub. Məktəblinin ağlagəlməz cinayəti atasının silahı ilə həyata keçirdiyi ehtimal olunur.

Xəbərdə bildirilir ki, hadisə ilə bağlı Türkiyə Baş Prokurorluğu araşdırmalara başlayıb.

15 aprel, 16:16

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edən şagird özünə qəsd edib.

Gundem.today xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, şagird məktəbə 5 silah və 7 daraqla gəlib.

Qeyd olunub ki, hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

Hadisə yerinə çox sayda hökumət və dövlət rəsmisi yollanıb.

15 aprel, 15:50

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insidenti törədən şəxs öldürülüb.

Gundem.today NTV telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.

O bildirib ki, hücum edən şəxs həmin məktəbin 8-ci sinif şagirdi olub. Ölənlərdən biri məktəbdə çalışıb, üçü isə həmin məktəbdə təhsil alıb.

15 aprel, 15:43

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident zamanı dörd nəfər ölüb.

Gundem.today NTV telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.

O bildirib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

15 aprel, 15:18

Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib.

Gundem.today xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölənlər və xəsarət alanlar var.

Məlumata görə, insident yerinə çoxlu sayda polis və tibb qrupları göndəriliblər.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Şanlıurfa bölgəsindəki liseydə silahlı insident baş vermişdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Türkiyə#Silahlı_hücum#Kahramanmaraş

Oxşar Xəbərlər

Avropa liderlərindən sərt mesaj: Müdafiə hazırlığı sürətləndirilməlidirDünya

Avropa liderlərindən sərt mesaj: Müdafiə hazırlığı sürətləndirilməlidir

Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Frederik Vansina bəyan edib ki, Avropa dövlətləri Birləşmiş Ştatların köməyinə arxalanmadan Rusiya ilə ehtimal edilən toqquşmaya təcili surətdə hazırlıq görməlidirlər. Onun hesablamalarına görə, Avropa qitəsinin öz hərbi gücünü möhkəmlətməsi üçün cəmi dörd il vaxtı var.

Bu gün
12:440
ABŞ-də silahlı hücum: 1.8 milyon dollarlıq zirehli maşın qarət edildi - FOTO - VİDEODünya

ABŞ-də silahlı hücum: 1.8 milyon dollarlıq zirehli maşın qarət edildi - FOTO - VİDEO

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cani 1.8 milyon dollarlıq zirehli yük maşınını qarət edib.

Bu gün
12:360
ABŞ müttəfiqlərinə xəbərdarlıq etdi: Etibarlı təchizat üçün xərclər artırılmalıdırDünya

ABŞ müttəfiqlərinə xəbərdarlıq etdi: Etibarlı təchizat üçün xərclər artırılmalıdır

Amerika Birləşmiş Ştatları təchizat zəncirinin gücləndirilməsi və Çinə olan ehtiyacın azaldılması məqsədilə tərəfdaşlarına strateji əhəmiyyətli minerallara görə daha yüksək məbləğ ödəməyin zəruriliyini çatdırıb.

Bu gün
12:200
İrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTODünya

İrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTO

İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.

Bu gün
12:190