
"Meta" Zukerberqin xərclərini ödəmək üçün əməkdaşlarını ixtisar edəcək
"Meta" şirkəti kütləvi ixtisarlar elan edib. Təxminən 8 000 nəfər ixtisar olunacaq ki, bu da bütün personalın təqribən 10%-ni təşkil edir.
"Meta" şirkəti kütləvi ixtisarlar elan edib. Təxminən 8 000 nəfər ixtisar olunacaq ki, bu da bütün personalın təqribən 10%-ni təşkil edir.
Gundem.today-ın "Bloomberg"ə istinadən xəbərinə görə, bu barədə şirkətin personal üzrə direktoru Canel Qeyl əməkdaşlara göndərdiyi daxili məktubda məlumat verib.
Həmçinin şirkət əvvəlcə açmağı planlaşdırdığı 6 000 vakansiyanı da bağlayacaq. İşdən çıxarılmaların gələn ay baş tutacağı gözlənilir.
"Biz bu addımı daha səmərəli fəaliyyət göstərmək və digər investisiyaları kompensasiya etmək üçün atırıq", - Canel Qeyl məktubda bildirib.
Nəşr qeyd edir ki, işdən çıxarılmalar "Meta"nın rəhbəri Mark Zukerberqin süni intellekt sahəsində liderlik uğrunda mübarizəsi fonunda baş verir. Söhbət süni intellektə yatırılan nəhəng xərclərdən gedir. Son maliyyə hesabatında "Meta" süni intellekt (AI) infrastrukturuna investisiyaların artdığını və bu il 115 milyard ilə 135 milyard dollar arasında olacağını bəyan edib.
Bildirildiyinə görə, Zukerberq böyük dil modelləri və çatbotlar da daxil olmaqla, qabaqcıl süni intellekt məhsullarının hazırlanması üçün lazım olan kadrlara və infrastruktura aktiv şəkildə vəsaitləri xərcləyir. Son aylarda "Meta", həmçinin süni intellekt sahəsində bir neçə milyard dollarlıq müqavilə bağlayıb.
Pullar məlumat emalı mərkəzlərinə, həmçinin "Google" və "OpenAI"a çatmaq üçün ən yaxşı mütəxəssislərin cəlb edilməsinə xərclənir.
Həmçinin "Microsoft" şirkəti də ixtisarlar planlaşdırır. Şirkət əməkdaşlarına bildirib ki, uzun müddət işləyənlərə könüllü səhm alışı təklif edəcək. Təklif 8 000-dən çox əməkdaşa edilə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO
Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.
DünyaPekində dünyanın ən böyük avtomobil sərgisi açılıb - VİDEO
On doqquzuncu Pekin Beynəlxalq Avtomobil Sərgisi (Auto China 2026) rekord böyüklükdəki sərgi məkanında media nümayəndələri üçün fəaliyyətə başlayıb.
DünyaTehran hava limanında müəmmalı dağıntılar - VİDEO
İran KİV-i Tehran hava limanındakı dağıntıları əks etdirən görüntüləri yayımlayıb.
Dünya"Financial Times": Çin hakerləri "ağıllı" cihazlarla Qərb ölkələrinə kiberhücumlar edir
Çin hökumətinin maraqlarını təmsil edən hakerlər Qərb ölkələrinin infrastrukturuna və müxtəlif qurumlarına kiberhücumların təşkili üçün ev routerləri və "ağıllı" soyuducular kimi şəbəkələrdən mütəmadi olaraq istifadə edirlər.