Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Türk Dövlətləri Təşkilatında Qadın Əməkdaşlıq Şurası yaradılacaq
Türk Dövlətləri Təşkilatında Qadın Əməkdaşlıq Şurası yaradılacaq
Siyasət

Türk Dövlətləri Təşkilatında Qadın Əməkdaşlıq Şurası yaradılacaq

31 mart 2026
14:14
2 baxış
Paylaş:

"Hüquqlarımız qədər məsuliyyətlərimiz, azadlıqlarımız qədər vəzifələrimiz var. Hüquqlardan tam şəkildə faydalanmağın yolu məsuliyyətləri də güclü şəkildə üzərinə götürə bilən fərdlər yetişdirməkdən keçir. Qadına baxışımızın mərkəzində məhz bu tarazlıq anlayışı durur. "Güclü qadın, güclü ailə, güclü cəmiyyət" prinsipi işlərimizin əsas rəhbəridir".

"Hüquqlarımız qədər məsuliyyətlərimiz, azadlıqlarımız qədər vəzifələrimiz var. Hüquqlardan tam şəkildə faydalanmağın yolu məsuliyyətləri də güclü şəkildə üzərinə götürə bilən fərdlər yetişdirməkdən keçir. Qadına baxışımızın mərkəzində məhz bu tarazlıq anlayışı durur. "Güclü qadın, güclü ailə, güclü cəmiyyət" prinsipi işlərimizin əsas rəhbəridir".

Gundem.today "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

Onun sözlərinə görə, qadınlar yalnız ailə strukturumuzun deyil, həmçinin ölkəmizin inkişaf prosesinin də əsas subyektidir:

"Müasir dünyada davamlı rifaha çatmaq üçün qadınların və kişilərin inkişafın hər mərhələsində həmrəyliklə iştirakı tələb olunur. Qadınların cəmiyyətdə qarşılaşdıqları maneələrin aradan qaldırılması və rifah səviyyələrinin yüksəldilməsi "Güclü Türkiyə" hədəfimizin ayrılmaz hissəsidir. Qadınların insan ləyaqətinə uyğun həyat sürməsi, qərar qəbuletmə mexanizmlərində fəal rol alması, hüquq, imkan və fürsətlərdən bərabər şəkildə faydalanması üçün bütün dəstək mexanizmlərimizin səfərbər olmasını davam edirik".

"Qadınlarla bağlı siyasətlər Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə sosial siyasət sahəsində davam edən əməkdaşlıqlarımızın ən vacib detallarından biridir. Yaxın zamanda üzv ölkələri bu sahədə ortaq mexanizm çərçivəsində bir araya gətirməyi hədəfləyən TDT Qadın Əməkdaşlığı Şurasının yaradılması üçün təşəbbüs qaldırmışıq. Bu ideyanın qardaş coğrafiyamızdakı qadınların hər sahədə güclənməsinə yönəlmiş səylərin ortaq istiqamət almasına və bilik, təcrübə və bacarıq paylaşımı üçün səmərəli bir zəmin yaradacağına inanırıq", - deyə nazir qeyd edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOSiyasət

Parisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.

8 may 2026
18:480
"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şilləSiyasət

"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə

Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.

8 may 2026
18:422
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTOSiyasət

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO

Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.

8 may 2026
17:390
BMT-dən Fransaya XƏBƏRDARLIQSiyasət

BMT-dən Fransaya XƏBƏRDARLIQ

BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.

8 may 2026
17:161