
Türkiyə Ordusunun arsenalına yeni texnikalar verildi - Xüsusi təyinatlı briqadaların sayı artırılır - FOTO
Türkiyə ordusunun arsenalına "Fırtına-2" haubitsaları, "Akıncı" hücum pilotsuz uçuş aparatları (PUA) daxil edilib.
Türkiyə ordusunun arsenalına "Fırtına-2" haubitsaları, "Akıncı" hücum pilotsuz uçuş aparatları (PUA) daxil edilib.
Gundem.today "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sözügedən silahlar yoxlama və qəbul prosesləri başa çatdıqdan sonra ordunun arsenalına əlavə olunub.
Bundan əlavə, Türkiyə ordusunda xüsusi təyinatlı briqadaların sayının artırılması üçün tədbirlərin həyata keçirildiyi açıqlanıb.
Qeyd olunur ki, bu, Rusiya-Ukrayna münaqişəsi və İran ətrafındakı gərginlik fonunda qazanılan təcrübə və tələblərə uyğun ehtiyaclarının təhlili əsasında həyata keçiriləcək.
Yeni xüsusi təyinatlı qüvvələrin müasir təhdid qiymətləndirmələrinə və əməliyyat konsepsiyalarına uyğun olaraq, hazırda mövcud olan təşkilati strukturlardan fərqli prinsiplər əsasında yaradılması planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniyada tətil səbəbindən 650-dən çox reys ləğv edilib
Almaniyanın ən böyük hava yolu şirkəti olan "Lufthansa"da son onilliyin ən irimiqyaslı tətili baş tutub. Nəticədə, aprelin 16-da 656 aviareys təxirə salınıb.
DünyaSAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza şəhəri ərazisində HƏMAS radikal qruplaşmasının üç yüksəkrütbəli nümayəndəsini, o cümlədən rabitə şöbəsinin başçısını məhv etdiyini bildirib.
DünyaYaponiyada dünyanın ən nəhəng nüvə elektrik stansiyası işə düşdü
Cümə axşamı Yaponiyanın Tokio Elektrik Enerji Şirkəti (TEPCO) bir sıra təxirəsalma, fəaliyyətin dayandırılması və təkrar işəsalma sınaqlarının ardınca dünyanın ən nəhəng nüvə elektrik stansiyası sayılan Kaşivazaki-Kariva AES-i rəsmən kommersiya istismarına buraxıb.
DünyaZelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"
Yaxın Şərqdə, xüsusən də İran ətrafında baş verən hərbi münaqişələr Ukraynanın qış mövsümünə hazırlıq prosesinə mənfi təsir edərək enerji təhlükələrini daha da artırıb.