Son dəqiqə
ABŞ hərbçilərinə SEPAH katerlərinə zərbə endirməyə icazə verilibAFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyibİKTA: "Bəzi operator və provayderlərin elektron informasiya sistemləri mövcud deyil""Vilyareal" klubundan gözlənilməz qərarSOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblərMilli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO
Siyasət

Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

Bu gün
18:56
0 baxış
Paylaş:

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda keçirilən "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans işini yekunlaşdırıb.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda keçirilən "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans işini yekunlaşdırıb.

Gundem.today xəbər verir ki, bu barədə DQİDK məlumat yayıb.

Bildirilib ki, tədbirin ikinci hissəsində "Mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar" mövzusu ətrafında müzakirələr aparılıb.

"Dini təhsil, din xadimi və müasir çağırışlar" adlı təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd edib ki, qloballaşan dünyada sürətlə dəyişən sosial, mədəni və texnoloji mühit din təhsili sistemi, eləcə də din xadimlərinin fəaliyyəti ilə bağlı yeni tələblər formalaşdırır. Bu baxımdan, din təhsili yalnız ənənəvi biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, eyni zamanda analitik düşüncə, tənqidi yanaşmaya əsaslanmalı və müasir dünyagörüşünün formalaşdırılmasına xidmət etməlidir. Rektor bildirib ki, din xadimi cəmiyyətin mənəvi bələdçisi kimi, həm klassik dini irsə dərindən bələd olmalı, həm də müasir çağırışlara adekvat cavab verə biləcək bilik və bacarıqlara yiyələnməlidir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev "Mənəvi dəyərlərimizə ənənəvi və müasir yanaşmalar" adlı məruzəsində mənəvi dəyərlərin xalqın milli kimliyinin və ictimai sabitliyinin əsas sütunlarından biri olduğunu qeyd edib. Vurğulayıb ki, ənənəvi yanaşma bu dəyərlərin qorunmasında mühüm rol oynayır, eyni zamanda müasir dövrün çağırışları onların yeni üsullarla təqdim olunmasını zərurətə çevirir. Rəqəmsallaşma və genişlənən informasiya mühiti şəraitində daha çevik və elmi əsaslı yanaşmaların tətbiqi çox vacibdir.

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov Azərbaycan və Gürcüstanın müsəlman icmaları arasında əlaqələrin qarşılıqlı etimad və həmrəylik üzərində formalaşdığını diqqətə çatdırıb. İslamın sülh, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinin regionda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, həmçinin müasir çağırışlar fonunda radikalizm və mənəvi dəyərlərin zəifləməsinə qarşı ortaq dəyərlərin qorunması və gənc nəsillərə ötürülməsinin vacibliyinə toxunub.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi və Quba şəhəri "Ağ məscid" məscidinin imamı Anar Eyyubov bildirib ki, müxtəlif bölgələri təmsil edən din xadimlərinin bir araya gəlməsi qardaşlığın canlı təzahürüdür. Bu birlik göstərir ki, sərhədlər dəyişə bilər, lakin milli kimliyimiz və mənəvi bağlarımız sarsılmazdır. Bu cür tədbirlər mənəvi körpülərin qurulmasına və möhkəmlənməsinə xidmət edir.

Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan üzrə müftisi Adam Şantadze tədbirə dəvətə görə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, dini və mənəvi dəyərlər yalnız inanc sistemi deyil, eyni zamanda insanın davranışını, əxlaqını və ictimai münasibətləri formalaşdıran amillərdəndir və onların qorunması önəmlidir.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov qloballaşma və texnologiyanın sürətli inkişafı fonunda mənəvi dəyərlərin ciddi çağırışlarla üz-üzə qaldığını, xüsusilə gənclər arasında yad mədəni təsirlərin artdığını bildirib. O, ailə institutunun qorunmasının cəmiyyətin sağlamlığı üçün əsas şərt olduğunu vurğulayaraq, bu sahədə təhsil sistemi, ailə institutu və medianın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Sabir Musayev tarixən dini qarşıdurmaların cəmiyyətlərə zərər verdiyini, dialoq və əməkdaşlığın sabitliyin əsasını təşkil etdiyini vurğulayıb. O, dini və mənəvi dəyərlərin bəzən siyasi məqsədlərə alət edilməsinin narahatlıq doğurduğunu da diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası qazısı yanında Şuranın sədri Əli Orucov çıxışında ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin xüsusi ehtiramla xatırlandığını, bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin mənəvi güc və milli ruhun təntənəsi olduğunu qeyd edib.

Digər çıxışçılar keçirilən tədbirin din xadimləri və mütəxəssislər arasında fikir mübadiləsi aparılması, qarşılıqlı təcrübə paylaşımı və mənəvi dəyərlərin qorunması istiqamətində effektiv platforma olduğunu vurğulayıblar.

Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bu cür tədbirlərin mənəvi və dini həmrəyliyin daha da güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb. O, tədbirin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib. Çıxışlarda səsləndirilən fikirlərin ortaq məqsədə - qardaşlıq və həmrəyliyin gücləndirilməsinə töhfə verdiyini deyib. Din xadimləri arasında əməkdaşlığın, dini təhsil və maarifçilik fəaliyyətinin əhəmiyyətinə diqqət çəkən natiq vəhdət namazı və birgə duaların bu qard

#Siyasət#naxçıvan_konfrans#zəngəzur_yolu#dini_qurumlarla_iş_üzrə_dövlət_komitəsi#dqidk#mənəvi_dəyərlər#din_xadimləri#multikulturalizm#ceyhun_cəlilov#ramin_məmmədov#dini_həmrəylik#cənubi_qafqaz.

Oxşar Xəbərlər

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıbSiyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Qərbdə mənzillənən ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb.

Bu gün
19:060
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilib - FOTOSiyasət

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilib - FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilib.

Bu gün
19:040
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTOSiyasət

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə təkbətək görüşü keçirilir.

Bu gün
18:420
İlham Əliyev Corcia Melonini qarşıladı - VİDEOSiyasət

İlham Əliyev Corcia Melonini qarşıladı - VİDEO

İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib.

Bu gün
18:400