
Üfüqi monitorinqə qəbul üçün müraciət qaydası təsdiqlənib
"Üfüqi monitorinqə qəbul üçün müraciət edən vergi ödəyicisi tərəfindən təqdim olunan ərizənin forması və doldurulma Qaydası" təsdiqlənib.
"Üfüqi monitorinqə qəbul üçün müraciət edən vergi ödəyicisi tərəfindən təqdim olunan ərizənin forması və doldurulma Qaydası" təsdiqlənib.
Gundem.today xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov qərar imzalayıb.
Qərara əsasən, ərizə üfüqi monitorinqə qəbul üçün müraciət vergi ödəyicisi tərəfindən kağız daşıyıcıda və ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə doldurularaq uçotda olduğu vergi orqanına təqdim ediləcək.
Ərizə aşağıdakı qaydada doldurulacaq:
- "Ərizəni təqdim edən vergi ödəyicisinin adı və VÖEN-i" hissəsində ərizəni təqdim edən vergi ödəyicisi fərdi sahibkar olduqda soyadı, adı, atasının adı və VÖEN-i, hüquqi şəxs olduqda adı və VÖEN-i qeyd olunur.
-"Ərizənin təqdim edildiyi vergi orqanının adı" hissəsində ərizənin təqdim edildiyi vergi orqanının adı qeyd olunur.
- "Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi barədə məlumatlar" hissəsində ərizəni təqdim edən vergi ödəyicisi fərdi sahibkar olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin rəhbərinin soyadı, adı, atasının adı qeyd edilir. Ərizə vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə ərizədə səlahiyyətli nümayəndə barədə məlumatlar qeyd olunur.
- "Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin imzası və ərizənin doldurulduğu tarix" hissəsi ərizə kağız daşıyıcıda təqdim edildikdə ərizəni təqdim edən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və ərizənin doldurulduğu tarix qeyd olunur, habelə hüquqi şəxs tərəfindən təqdim edildikdə möhürlə təsdiqlənir. Ərizə elektron kabinet vasitəsilə təqdim edildikdə gücləndirilmiş elektron imza ilə təsdiq edilir və ərizənin doldurulduğu tarix qeyd olunur.
- Ərizəyə Vergi Məcəlləsinin maddələrinə uyğun sənədlər və məlumatlar, habelə ərizə etibarnamə üzə səlahiyyətli nümayəndə tərəfindən təqdim olunduqda nümayəndənin səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatŞahin Mustafayev: "Rusiya ilə idxal əməliyyatlarında rublun payı 83%-ə çatıb"
Azərbaycan və Rusiya arasında maliyyə sektorunda səmərəli əməkdaşlıq qurulub.
İqtisadiyyatAzərbaycanın bu il ərzində təbii qazdan qazancı AÇIQLANDI
2026-cı ilin ilk üç ayında Azərbaycan 6 milyard 257 milyon 77 min kubmetr təbii qaz (qaz halında) ixrac edib.
İqtisadiyyatSOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.
İqtisadiyyatİlin ilk üç ayında Azərbaycana gətirilən maşınların sayı açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb.