Son dəqiqə
Samir Oruc vəzifəsindən AYRILDIMüşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEOABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıbBulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR - FOTOVens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Uğursuz Pakistan və Macarıstan səfərləri Vensi hədəfə gətirdi
Uğursuz Pakistan və Macarıstan səfərləri Vensi hədəfə gətirdi
Dünya

Uğursuz Pakistan və Macarıstan səfərləri Vensi hədəfə gətirdi

Bu gün
17:18
0 baxış
Paylaş:

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens həm Pakistandakı diplomatik görüşlərdən, həm də Macarıstanda keçirilən seçkidən sonra Vaşinqtona "əliboş" dönüb.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens həm Pakistandakı diplomatik görüşlərdən, həm də Macarıstanda keçirilən seçkidən sonra Vaşinqtona "əliboş" dönüb.

Gundem.today xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.

Xəbərə əsasən, Vens ABŞ rəhbəri Donald Trampın fərqli xarici siyasət strategiyalarını reallaşdırmaq istiqamətində faktiki olaraq heç bir irəliləyişə nail ola bilməyib.

İslamabad şəhərində İran nümayəndələri ilə davam edən 21 saatlıq müzakirələrin yekununda o, tərəflər arasındakı mövqe fərqlilikləri ucbatından münaqişənin dayanıqlı həlli istiqamətində konsensusa gəlinmədiyini açıqlayıb.

Media orqanlarının yazdığına görə, vitse-prezidentin bir neçə gün öncə Baş nazir Uiktor Orbana siyasi dəstək nümayiş etdirmək üçün Macarıstana etdiyi səfər də boşa çıxıb.

Orbanın rəhbərlik etdiyi partiya parlament seçkisində məğlubiyyətə uğrayıb.

Bu qoşa uğursuzluq cəmiyyətdə Trampın potensial siyasi varisi kimi qəbul edilən vitse-prezidentin nüfuzuna ağır zərbə vurub.

Vens bazar ertəsi "Fox News" telekanalının canlı efirində vurğulayıb ki, səsvermədən öncə Viktor Orbana arxa durmaq məqsədilə Macarıstana səfər edib. Bu addımın başlıca səbəbi isə Orbanın Avropa İttifaqının bürokratik aparatına dirəniş göstərən nadir Avropa siyasətçilərindən biri olması göstərilib.

Macarıstanın Milli Seçki Bürosunun açıqlamasına görə, aprelin 12-i tarixində ölkədə baş tutan parlament seçkisində Peter Madyarın liderlik etdiyi müxalif "Tisa" partiyası Milli Assambleyadakı (birpalatalı parlament) 199 mandatdan 138-nə sahib çıxıb. Orban isə sədri olduğu FİDES - Macarıstan Vətəndaş Birliyi partiyasının seçkidə uduzduğunu qəbul edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Donald_Tramp#Avropa_İttifaqı_(Aİ)#Ceyms_Devid_Vens_(Cey_Di_Vens)

Oxşar Xəbərlər

ABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıbDünya

ABŞ-də Livan və İsrail arasında danışıqlar başa çatıb

Livan və İsrail nümayəndələri arasında münaqişənin tənzimlənməsi üzrə görüş iki saatdan çox davam edib.

Bu gün
22:320
Vens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"Dünya

Vens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranın danışıqlarda çətin tərəf olduğunu bildirib.

Bu gün
22:200
İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıbDünya

İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıb

"Taşir" Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının şura üzvü Qoar Qumaşyan İrəvanda saxlanılıb.

Bu gün
22:060
Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"Dünya

Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"

"İtaliyanın Baş naziri Corcia Melonidə yanılmışam".

Bu gün
21:360