
SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"
"İran atəşkəs rejimi tətbiq edildikdən sonra raket buraxılış qurğuları və pilotsuz uçuş aparatı arsenalını yeniləyib".
"İran atəşkəs rejimi tətbiq edildikdən sonra raket buraxılış qurğuları və pilotsuz uçuş aparatı arsenalını yeniləyib".
Gundem.today "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Məcid Musəvi bildirib.
O iddia edib ki, İrandan fərqli olaraq, düşmən atəşkəs zamanı öz döyüş sursatlarını artıra bilməyib.
Bundan əlavə, M.Musəvi İranın raket və PUA-lar üçün buraxılış qurğularının modernləşdirilməsi prosesini sürətləndirdiyini bildirib: "Biz bilirik ki, rəqib özü üçün eyni şəraiti yarada bilmir və sursatları dünyanın digər ucundan az-az gətirməyə məcburdur. Onlar müharibənin bu mərhələsini uduzdular. Hörmüz boğazını, Livanı və bütün bölgəni itirdilər", - deyə o yekunlaşdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
İran ABŞ ilə danışıqların davam etdirilməsi ilə bağlı qərarı yalnız Vaşinqton dəniz blokadasını aradan qaldırdıqdan sonra verəcək.
DünyaTramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib
ABŞ Prezidenti Donald Tramp aprelin 19-da gecə saatlarında "Truth Social" sosial şəbəkəsində cəmi bir saat ərzində 32 paylaşım edib.
DünyaAmerikalı diplomat: "İranın elektrik stansiyalarına zərbələr hərbi cinayət sayılmayacaq"
"İranın elektrik stansiyaları və körpülərinə zərbələr endirilməsi hərbi cinayət kimi qiymətləndirilməyəcək".
DünyaTramp İrana ultimatum verdi: "Bəsdir"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq.