
Ukraynadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunur
Ukraynadan keçən "Drujba" boru kəmərinin doldurulmasına başlanılıb.
Ukraynadan keçən "Drujba" boru kəmərinin doldurulmasına başlanılıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova öz "Facebook" səhifəsində məlumat verib.
"Bu səhər təzyiq artmağa və Belarusdan Ukrayna tərəfinə keçən "Drujba" neft kəmərinin doldurulmasına başlanılıb. Slovakiyaya neftin vurulması və çatdırılmasının aprelin 23-də səhər saatlarında bərpa olunması gözlənilir", - deyə nazir yazıb.
Macarıstanın "MOL" neft-qaz şirkəti öz növbəsində bildirib ki, "Ukrtransnafta" boru kəmərində təmir işlərinin başa çatması, fors-majorun ləğv edilməsi və Belarusdan xam neftin alınması barədə şirkəti rəsmi olaraq məlumatlandırıb.
Bu ilin yanvar ayına qədər Rusiya nefti "Drujba" boru kəmərinin Ukrayna hissəsi vasitəsilə Macarıstan və Slovakiyaya tədarük olunurdu. Daha sonra neftin nəqli dayandırılmışdı. Ukrayna tərəfi buna PUA hücumunun səbəb olduğunu bildirmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBrent markalı neftin qiyməti 102 dolları ötüb
Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb.
DünyaAvropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
Avropa İttifaqında (Aİ) 2025-ci ildə miqrantların sayı 64.2 milyon nəfərə çataraq rekord həddə yüksəlib.
DünyaABŞ-nin müttəfiqləri İrandakı müharibəyə görə maliyyə yardımı istəyiblər
"Fars körfəzi və Asiyadakı bir çox müttəfiq ölkə İranla müharibə və enerji daşıyıcılarının qiymətinin artması fonunda Vaşinqtondan maliyyə dəstəyi istəyib".
DünyaNATO-nun baş katibi müttəfiqlərə çağırış etdi
NATO-nun baş katibi Mark Rütte müttəfiqləri Rusiya və Ukrayna münaqişəsi, İrandakı müharibə və Çinin nüvə ekspansiyası səbəbindən alyansın çəkindirmə potensialını gücləndirmək üçün müdafiə sənayesində istehsalı birgə artırmağa çağırıb.