Son dəqiqə
Bakıda ata və məktəbli oğlunun faciəli şəkildə öldükləri hadisənin TƏFƏRRÜATIAzərbaycanda əhalinin gəlirləri 90 milyard manata çatıbPirşağıda ağır QƏZA: Xəsarət alanlar var - VİDEOÖtən il büdcə xərcləri proqnozdan 6.8 faiz az olub2025-ci ildə büdcə gəlirləri proqnozu 828 milyon manat üstələyibRus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ümumdünya Ətraf Mühit Günündə "Global Media Group"un dəstək verdiyi layihələrin təqdimatı olub - FOTO
Ümumdünya Ətraf Mühit Günündə "Global Media Group"un dəstək verdiyi layihələrin təqdimatı olub - FOTO
Cəmiyyət

Ümumdünya Ətraf Mühit Günündə "Global Media Group"un dəstək verdiyi layihələrin təqdimatı olub - FOTO

16:24
0 baxış
Paylaş:

Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə 5 İyun - Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib.

Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə 5 İyun - Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib.

Gundem.today xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan silsilə tədbirlər çərçivəsində ətraf mühitin qorunması, təkrar emal mədəniyyətinin təşviqi və sosial məsuliyyətin gücləndirilməsinə xidmət edən müxtəlif təşəbbüslər ictimaiyyətə təqdim edilib.

Bu layihələr arasında "Təmiz Şəhər" ASC-nin təşəbbüsü, bir sıra dövlət və özəl tərəfdaşların, o cümlədən, "Global Media Group"un informasiya dəstəyi ilə reallaşdırılan "Card to Art" və "KAĞIZ GƏTİR-KİTAB APAR" sosial-ekoloji layihələri də yer alıb.

Tədbir çərçivəsində açıq havada qurulan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin stendində istifadə müddəti başa çatmış və son bir il ərzində xüsusi toplama qutularında yığılan plastik kartlardan hazırlanmış incəsənət nümunələrinin təqdimatı keçirilib. "Card to Art" sosial-ekoloji layihəsi tullantıların sadəcə atılmalı material deyil, yaradıcılıq və sənət vasitəsilə yeni dəyər qazanan resurs olduğunu nümayiş etdirib. Layihə çərçivəsində əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, onların sosial inteqrasiyasına və yaradıcılıq potensialının nümayişinə əlavə imkan yaradıb.

"KAĞIZ GƏTİR-KİTAB APAR" sosial-ekoloji layihəsi isə əsasən məktəblilər arasında təkrar emal vərdişlərinin formalaşdırılmasına xidmət edir. 18 mart - Qlobal Təkrar Emal Günündə Bakı Avropa Liseyindən start götürən layihə çərçivəsində şagirdlər evlərində topladıqları istifadəsiz kağızları təhvil verərək əvəzində yeni kitablar əldə ediblər. Layihənin məqsədi gənc nəslin ekoloji məsuliyyət hissini artırmaqla yanaşı, onların mütaliəyə marağını təşviq etmək, həmçinin, kağız tullantılarının təkrar emala yönləndirilməsinə töhfə verməkdir.

Hər iki layihə ekoloji məsuliyyət, resurslardan səmərəli istifadə və sosial həmrəylik kimi mühüm dəyərləri özündə birləşdirir. Layihələr vasitəsilə bir tərəfdən tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, digər tərəfdən isə cəmiyyətin müxtəlif qruplarının faydalı və yaradıcı fəaliyyətlərə cəlb olunması hədəflənir.

Qeyd edək ki, "Card to Art" və "KAĞIZ GƏTİR-KİTAB APAR" sosial-ekoloji layihələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi", "Yapı Kredi Bank Azərbaycan", "Facility Management Group", "Global Media Group", "Araz" supermarketlər şəbəkəsi, "ECOhub", Azərbaycan Nəşriyyatları Assosiasiyası, "Global Management", "Bravo Supermarket", "Smart Waste" MMC, "Chapar Poliqrafiya", "Gilavar Foto Klubu" və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#ümumdünya_ətraf_mühit_günü#ekoloji_layihələr#təkrar_emal#təmiz_şəhər_asc#card_to_art#kağız_gətir_kitab_apar#plastik_kartların_təkrar_emalı#makulatura_yığımı#heydər_əliyev_mərkəzi_tədbir#təbiətin_qorunması#sosial_ekoloji_kampaniyalar

Oxşar Xəbərlər

Pirşağıda ağır QƏZA: Xəsarət alanlar var - VİDEOCəmiyyət

Pirşağıda ağır QƏZA: Xəsarət alanlar var - VİDEO

Bakının Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

11:090
Rus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?Cəmiyyət

Rus dili bölməsi üzrə müəmma: Müsahibədən keçən 21 şagirdin qəbulu dayandırılıb?

Ağdaşda bir qrup valideyn övladlarının birinci sinfə qəbulu ilə bağlı yaranmış vəziyyətdən narazıdır.

11:140
Azovda dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri: "Beş dəfə zərbə endirildi" - VİDEOCəmiyyət

Azovda dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri: "Beş dəfə zərbə endirildi" - VİDEO

İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumuna məruz qalan gəminin ekipaj üzvləri danışıblar.

10:500
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 09.06.2026Cəmiyyət

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 09.06.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

08:290