Son dəqiqə
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə təkbətək görüşü olub - FOTO - VİDEOSərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir""X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdiJoze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq? - Özü AÇIQLADINarkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunduBəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Ümumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ: İstilik dalğası yenidən aktivləşəcək
Ümumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ: İstilik dalğası yenidən aktivləşəcək
Dünya

Ümumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ: İstilik dalğası yenidən aktivləşəcək

Bu gün
08:42
0 baxış
Paylaş:

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dünyada havanın kəskin isinməsi ilə xarakterizə olunan "El-Ninyo" iqlim fenomeninin yaxın gələcəkdə yenidən aktivləşəcəyini ehtimal edir.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dünyada havanın kəskin isinməsi ilə xarakterizə olunan "El-Ninyo" iqlim fenomeninin yaxın gələcəkdə yenidən aktivləşəcəyini ehtimal edir.

Gundem.today xəbər verir ki, bu məlumat beynəlxalq qurumun hesabatında öz əksini tapıb.

Agentliyin hesabatında bildirilir ki, 2026-cı ilin ortalarından etibarən qlobal miqyasda yağıntıların miqdarına və temperatur göstəricilərinə təsir edəcək "El-Ninyo" prosesinin bərpa olunacağı gözlənilir. ÜMT ekspertləri artıq ekvatorial Sakit okean sularının üst qatında temperaturun sürətlə artdığını müşahidə edirlər. Analitiklər hesab edirlər ki, mövcud qlobal tendensiya 2026-cı ilin may-iyul aylarında yenidən "El-Ninyo" şəraitinə qayıdış ehtimalından xəbər verir. ÜMT-nin iqlim proqnozları idarəsinin rəhbəri Vilfrank Mufuma Okiyanın açıqlamasına əsasən, bu fenomenin təsir gücü kifayət qədər böyük ola bilər, ancaq dəqiq vəziyyət yalnız aprel ayından sonra müəyyənləşəcək.

Planetimizin hava və iqlim şəraiti əsas etibarilə "El-Ninyo" və "La-Ninya" (ispan dilindən tərcümədə "oğlan" və "qız" mənasını verir - red.) adlandırılan iki fərqli təbii fenomenin gedişatından asılıdır. Birinci hadisə Sakit okeanın mərkəz və şərq hissələrində suyun səthinin qəfil isinməsi ilə xarakterizə olunursa, ikinci hal əksinə, həmin suların soyuması ilə müşayiət edilir. Bir neçə ildən bir bir-birini əvəz edən "El-Ninyo" və "La-Ninya" atmosfer küləklərinin və okean cərəyanlarının hərəkətində ciddi fərqlər yaradır. Nəticə etibarilə, bu cür iqlim dəyişiklikləri yer üzünün bəzi bölgələrində şiddətli quraqlıqlara, digər yerlərdə isə fəlakətli yağışlara gətirib çıxarır. Nümunə olaraq, ötən əsrin sonlarında Avstraliyada qeydə alınan və 1996-2010-cu illəri əhatə edən "minillik quraqlıq" çox güclü "El-Ninyo" axını nəticəsində yaranmışdı. Bu qlobal böhran yalnız yeni "La-Ninya" dövrünün başlaması ilə sona çatmışdı.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Təbii_fəlakət

Oxşar Xəbərlər

"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdiDünya

"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdi

"X" sosial şəbəkəsində (keçmiş "Twitter") "XChat" adlı mesencer istifadəyə verilib.

Bu gün
12:300
Argentina Böyük Britaniyanı Malvin adaları üzrə danışıqları bərpa etməyə çağırdıDünya

Argentina Böyük Britaniyanı Malvin adaları üzrə danışıqları bərpa etməyə çağırdı

Argentina rəhbərliyi Malvin (Folklend) adalarına dair suverenlik hüquqlarını yenidən bəyan edərək, Böyük Britaniya hökumətini ikitərəfli müzakirələrə başlamağa dəvət edir.

Bu gün
12:120
Rumıniyada NATO-nun antidron sistemlərinin sınaqları keçirilibDünya

Rumıniyada NATO-nun antidron sistemlərinin sınaqları keçirilib

Konstansa qraflığında yerləşən Kapu Midia poliqonunda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Rumıniya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Şərqi Feniks" hərbi təlimi baş tutub. Təlim çərçivəsində pilotsuz uçuş aparatları (PUA) əleyhinə müdafiə sistemləri yoxlanılıb.

Bu gün
11:480
Abbas Əraqçı İslamabadda Asim Münirlə görüşdü - VİDEODünya

Abbas Əraqçı İslamabadda Asim Münirlə görüşdü - VİDEO

İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşüb.

Bu gün
11:240