
Ümumdünya Ticarət Təşkilatına qoşulmaq Azərbaycan üçün nə vəd edir?
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində bir sıra üzv dövlətlərlə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır və danışıqların yekunlaşdığı ölkələrlə müvafiq protokollar imzalanır. Bu sənədlərlə tərəfdaş ölkələrin Azərbaycanın ÜTT-yə üzvolma prosesinə dəstəkləri ifadə olunur.
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində bir sıra üzv dövlətlərlə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır və danışıqların yekunlaşdığı ölkələrlə müvafiq protokollar imzalanır. Bu sənədlərlə tərəfdaş ölkələrin Azərbaycanın ÜTT-yə üzvolma prosesinə dəstəkləri ifadə olunur.
Bu xüsusda növbəti protokol Çin Xalq Respublikası ilə imzalanıb. Bəs Azərbaycanın ÜTT-yə üzv olması ölkəyə nə qazandıracaq?
Mövzu ilə bağlı Gundem.today-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, ÜTT-yə üzv olmaq müəyyən hallarda faydalıdır, müəyyən hallarda isə zərərdir:
"Əgər hansı ölkələrin ki, iqtisadiyyatı ixrac üzərində qurulubsa - burada söhbət qeyri-neft sektorundan gedir və qlobal rəqabətdə yerli sahibkarları qalib gəlmək istəyirlərsə, bu halda Ümumdünya Ticarət Təşkilatına qoşulmaq ölkə üçün dividendlər qazandıra bilər. Lakin o ölkələrdə ki, istehsal sahələri hələ "uşaq sənayesi" (infant industry) mərhələsindədir, yəni yerli sahibkarlar qlobal rəqabətə davam gətirə bilmirlər, bu zaman vəziyyət fərqli olur. Çünki ÜTT-yə qoşulduqdan sonra böyük ölçüdə gömrük tarifləri ilə bağlı fərqli mənzərə yaranacaq. Bu isə yerli sahibkarların idxal məhsulları kontekstində xarici sahibkar qarşısında böyük ölçüdə uduzmasına səbəb ola bilər. Digər tərəfdən, gömrük daxilolmaları da azalacaq. Bu faktorları nəzərə aldıqda, mövcud şəraitdə Azərbaycan üçün ÜTT-yə qoşulmaq daha çox zərər gətirə bilər, nəinki fayda".
"ÜTT-nin müəyyən qaydaları var. Bu qaydalardan biri də dövlət dəstəyinin məhdudlaşmasıdır. Təcrübə var ki, təşkilata qoşulan bir çox ölkələr "sıfır subsidiya" şərtini qəbul edirlər. Bu isə o deməkdir ki, dövlət yerli sahibkarları subsidiyalar vasitəsilə dəstəkləyərək onları qlobal bazarda rəqabətə hazırlaya bilməz. Düzdür, güzəştlər də var. Belə olan halda, Azərbaycan sahibkarının qlobal bazarlarda rəqabət qabiliyyəti tamamilə enişə gedir. Bundan əlavə, qanunvericilik tələbləri var, müəyyən yoxlama sistemləri, digər beynəlxalq standartlara uyğunlaşdırma məsələləri var", - deyə ekspert vurğulayıb.
İqtisadçı Rəşad Həsənov isə Gundem.today-a açıqlamasında hazırkı şəraitdə belə bir addımın qısa müddətdə atılacağına inanmadığını bildirib:
"Eyni zamanda, qeyd etmək lazımdır ki, Ümumdünya Ticarət Təşkilatı yarandıqdan sonra öz tarixi funksiyasını əhəmiyyətli dərəcədə yerinə yetirib və üzv ölkələr bundan kifayət qədər faydalanıblar. Bu, ədalətli və qlobal resursların daha səmərəli istifadəsini və tərəflər arasında sərbəst ticarət qaydalarının formalaşdırılmasını hədəfləyən mühüm mexanizm idi. Lakin hazırda bu mexanizmin əvvəlki əhəmiyyətini müəyyən qədər itirdiyi müşahidə olunur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatİsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb
İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.
İqtisadiyyatAlmaniya Azərbaycana biznes-missiya göndərəcək
Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi Azərbaycan və Qazaxıstana biznes-missiya təşkil edəcək.
İqtisadiyyatBir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödənilə bilər.
İqtisadiyyatAzərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIR
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.