Ünal Üstel: "Şimali Kipr Türk Dövlətləri Təşkilatına tam üzv olmağa hazırdır"
"Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil edilən bütün proqramlarda və layihələrdə ən yüksək səviyyədə iştirak edir və bütün resursları ilə ortaq vizyona töhfə verir. Bu kontekstdə ölkəmiz təşkilatımızın nazirlər səviyyəsində bütün görüşlərinə və işçi qruplarına ev sahibliyi etməyə həmişə hazırdır".

Gundem.today xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin "Gülüstan" sarayında keçirilən ikinci görüşündə deyib.
O bildirib ki, Azərbaycan, Türkiyə və ŞKTR arasındakı münasibətlər "Bir millət, üç dövlət" şüarı ilə möhkəmləndirilib və bu, təşkilat üçün nümunə olmalıdır:
"Məqsədimiz bu səmimi və dərin əlaqəni bütün üzv dövlətlərlə dərinləşdirmək və ŞKTR-in üzvlük prosesini uğurla başa çatdırmaqdır. Şimali Kipr Türk Respublikası tam üzvlük üçün hazırdır. Biz Şimali Kipr Türk Respublikasıyıq, bir türk dövlətiyik. Sizin və millətimizin dəstəyi ilə mövcud olmağa davam edəcəyik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPezeşkian İlham Əliyevə təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
SiyasətAzərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.
SiyasətGücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO
Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.
SiyasətHörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO
"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".