
Ürəyindən əməliyyat olunan Akif İslamzadə ilə bağlı SON XƏBƏR - FOTO
"Xalq artisti Akif İslamzadənin vəziyyəti stabildir".
"Xalq artisti Akif İslamzadənin vəziyyəti stabildir".
Bu məlumatı Gundem.today-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu verib.
Həkim qeyd edib ki, Akif İslamzadə dünən gecə saat 1 radələrində ürəyin ön divarının kəskin geniş infarktı diaqnozu ilə xəstəxanaya müraciət edib.
"Dərhal təcili və təxirəsalınmaz tədbirlər görülərək angioqrafiya otağına yerləşdirilib. Müayinə zamanı ürəyin ən böyük damarının tamamilə tıxandığı, 100 faiz tutulma və tromb olduğu müəyyən edilib. Təcili olaraq zəruri müdaxilələr həyata keçirilib və stent implantasiyası olunub. Stent taxıldıqdan sonra ürəyin yığılma gücündə toparlanma olduğu aşkarlandı.
Xəstə bir gün reanimasiya şöbəsində nəzarətdə saxlanıldıqdan sonra bu gün stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti qənaətbəxşdir, stabildir, xəstə gəzir", - deyə həkim bildirib.
Qeyd edək ki, ötən gün Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətZaqatalada yük maşını qaz xəttinə çırpıldı, bəzi ərazilər qazsız qaldı
Zaqatala rayonu ərazisində saat 11:25-də yük avtomobili qaz xəttinə çırpılıb.
CəmiyyətŞahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Mayın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
CəmiyyətXanlar Vəliyevin qızına yeni vəzifə verildi
"Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.
CəmiyyətBirlik sədri: "Hotellərdə müəyyən mənada insan alveri üçün dəhlizlər var" - FOTO
"Bizdə fahişəliklə məşğul olmaq deyil, fahişəliyə cəlbetmə qadağan olunur".