
Üzeyir Hacıbəylinin tələbəsi, Qara Qarayevin müəllimi - Qısa ömürlü dahinin doğum günüdür
Milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının doğum günüdür.
Milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının doğum günüdür.
Gundem.today xatırladır ki, o, 1909-cu ildə Dərbənd şəhərində dünyaya göz açıb.
A.Zeynallı 1923-26-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəylinin sinfini bitirib.
Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir.
O həmçinin, türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X.Nəzirli və S.Rüstəmin "Alov", A.Həmidin "Hind qızı", V.Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyib, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.
1932-ci ildə Asəf Zeynallı Bülbüllə birlikdə xalq musiqilərini toplamaq üçün Qarabağa ezam olunub. Ezamiyyətə getmək istəməyən A.Zeynallı başladığı əsəri bitirmək istədiyini bildirsə də, istəyi nəzərə alınmayıb.
Qarabağa səfəri zamanı orada qarın yatalağına yoluxub. Vəziyyəti ağırlaşan bəstəkar müalicə almaq üçün Bakıya qayıtmalı olub.
Xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazıb və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edib. Mənbələrin yazdığına görə, təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirməyib.
Unudulmaz Azərbaycan bəstəkarı Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də dünyasını dəyişib və Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Sonralar onun qəbri "Qurd qapısı" qəbiristanlığına köçürülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətGəncədə 400 illik sirr: Çökək hamamın heyrətamiz texnologiyası
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən hesab edilən Gəncə şəhərinin tarixi abidələrindən biri də dörd əsrdən çox yaşı olan Çökək hamamdır.
MədəniyyətFizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar
Bu gün Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbovun doğum günüdür.
Mədəniyyətİşdən çıxarıldığını deyən Xalq artisti Əvəz Abdullayev: "Oyunu siz başladınız" - FOTO
"Bizim Opera və Balet Teatrının direktoruna və onun müavinlərinə xəbərdarlıq etmək istəyirdim ki, oyunu siz başladınız, biz də indi cavab verəcəyik".
Mədəniyyət"Miranşah", "Cin", "Qonaq" - Xalq artisti Muxtar Maniyevin doğum günüdür - VİDEO
Aprelin 4-ü Azərbaycan kino sənətinin tanınmış simalarından biri, Xalq artisti Muxtar Maniyevin doğum günüdür.