Son dəqiqə
Dörd ölkə "Türk axını" qaz kəmərinin mühafizəsini gücləndirəcəkKİV: Zidan Fransa millisinə rəhbərlik etməyə razı olduQuba və Qusar rayonlarında bəzi çaylardan sel keçir - VİDEOAzərbaycanda universitetin kafedra müdiri QƏFİL vəfat etdiABŞ-nin İranla müharibədə itirdiyi təyyarələrin sayı açıqlandıŞəmkirdə öldürülən 19 yaşlı gəncin atası: "Həkimə vaxtında çatdırılsaydı, yaşayardı"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Fizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar
Fizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar
Mədəniyyət

Fizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar

Bu gün
13:12
1 baxış
Paylaş:

Bu gün Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbovun doğum günüdür.

Bu gün Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbovun doğum günüdür.

Gundem.today xəbər verir ki, Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub.

Oktay Rəcəbov 1958-1963-cü illərdə ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb.

1969-cu ildə Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olub. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir. O.Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub.

Onun uşaq mahnıları əsasən vətənpərvərlik, flora və faunaya aid təbiət, rəqəmlərə, vurma cədvəlinə, valideynlərə həsr olunmuş mahnılardır.

Bəstəkar Oqtay Rəcəbov Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Respublika Komsomol Mükafatı Laureatı (1982), Azərbaycan Respublikasının Əməkdar müəllimi (1987), "Tərəqqi" medalı (2006), "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" (2019) medallarına laiq görülüb.

Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i 81 yaşında vəfat edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Əməkdar_incəsənət_xadimi#Azərbaycan_Dövlət_Konservatoriyası

Oxşar Xəbərlər

Gəncədə 400 illik sirr: Çökək hamamın heyrətamiz texnologiyasıMədəniyyət

Gəncədə 400 illik sirr: Çökək hamamın heyrətamiz texnologiyası

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən hesab edilən Gəncə şəhərinin tarixi abidələrindən biri də dörd əsrdən çox yaşı olan Çökək hamamdır.

Bu gün
13:360
Üzeyir Hacıbəylinin tələbəsi, Qara Qarayevin müəllimi - Qısa ömürlü dahinin doğum günüdürMədəniyyət

Üzeyir Hacıbəylinin tələbəsi, Qara Qarayevin müəllimi - Qısa ömürlü dahinin doğum günüdür

Milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının doğum günüdür.

Bu gün
11:360
İşdən çıxarıldığını deyən Xalq artisti Əvəz Abdullayev: "Oyunu siz başladınız" - FOTOMədəniyyət

İşdən çıxarıldığını deyən Xalq artisti Əvəz Abdullayev: "Oyunu siz başladınız" - FOTO

"Bizim Opera və Balet Teatrının direktoruna və onun müavinlərinə xəbərdarlıq etmək istəyirdim ki, oyunu siz başladınız, biz də indi cavab verəcəyik".

Dünən
15:220
"Miranşah", "Cin", "Qonaq" - Xalq artisti Muxtar Maniyevin doğum günüdür - VİDEOMədəniyyət

"Miranşah", "Cin", "Qonaq" - Xalq artisti Muxtar Maniyevin doğum günüdür - VİDEO

Aprelin 4-ü Azərbaycan kino sənətinin tanınmış simalarından biri, Xalq artisti Muxtar Maniyevin doğum günüdür.

Dünən
13:502