Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Valideynlərə xəbərdarlıq: Uşaqlarda travmaların ağır fəsadları ola bilər - Mütəxəssisdən İZAH - FOTO
Valideynlərə xəbərdarlıq: Uşaqlarda travmaların ağır fəsadları ola bilər - Mütəxəssisdən İZAH - FOTO
Cəmiyyət

Valideynlərə xəbərdarlıq: Uşaqlarda travmaların ağır fəsadları ola bilər - Mütəxəssisdən İZAH - FOTO

Bu gün
13:40
0 baxış
Paylaş:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev ən çox rast gəlinən travmalar, onların əlamətləri və müalicə yollarından danışıb.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev ən çox rast gəlinən travmalar, onların əlamətləri və müalicə yollarından danışıb.

Gundem.today müsahibəni təqdim edir:

- Doktor, uşaq travmalarının ən çox görülən növləri hansılardır?

- Uşaq travmaları psixoloji, emosional, fiziki ola və uşağın gələcək inkişafına təsir edə bilər. Travmatoloq olaraq biz bu gün fiziki travmalardan danışacağıq. Fiziki travmalar müxtəlif səbəblərdən yaranır və ciddi fəsadların olmaması üçün vaxtında müdaxilə lazımdır. Daha çox rast gəlinən səbəblər yıxılmalar, nəqliyyat və idman zədələridir. Uşaqlar kiçik yaşlarda tarazlıqlarını qoruya bilmədiklərinə görə tez-tez yıxılaraq travma alırlar və bu, müxtəlif sınıqlara səbəb olur. Yuxarı və aşağı ətraf sınıqları ön sıralardadır. Yuxarı ətraf sınıqları çiyin, dirsək və bilək nahiyəsinin travmaları zamanı yaranır və hər nahiyənin yaşa uyğun olaraq fərqli müalicə üsulu var. Dirsək oynağı sınıqlarının müalicəsi daha çox diqqət tələb edir. Nəqliyyat travmaları yüksək enerjili travmalara aiddir, böyük sümüklərin, ən çox da aşağı ətraf sınıqları ilə müşahidə olunur. İdman zədələri isə hər hansı bir fiziki aktivlik zamanı yaranır. Məsələn, güləş zamanı körpücük, dirsək və bilək sınıqlarına daha çox rast gəlinir.

- Uşaqlarda sınıqlar zamanı əlamətlər hansılardır?

- Uşaqlarda sınıq olan nahiyədə güclü və davamlı ağrı hiss olunur. Tərpənən zaman ağrılar daha da güclənir. Zədə bölgəsində ödem yaranır və dəri qızara bilər. Bu, toxumaların zədələnməsi və qan dövranının pozulması nəticəsində baş verir. Uşaq sınıq olan nahiyəni hərəkət etdirməkdə çətinlik çəkir və ya tamamilə hərəkət etdirmək istəmir. Yerdəyişmiş sınıqlar zamanı ətrafda deformasiyalar yaranır. Sınıq nəticəsində qan damarları zədələndiyi üçün göyərmələr əmələ gələ bilər. Bəzi hallarda sınıq bölgəsində qeyri-normal hərəkətlilik və ya sümüklərin bir-birinə sürtünməsi hiss oluna bilər ki, buna da krepitasiya deyilir.

- Uşaqlarda rast gəlinən sınıqların müalicə prinsipləri hansılardır?

- Qeyd etdiyimiz kimi, uşaqlarda ən çox yuxarı və aşağı ətraflarda sınıq, çıxıq yaranır. İlk öncə bilək sınıqları haqqında məlumat verim. Bu, uşaqlarda əl üzərinə düşmə zamanı yaranır, daha çox mil və dirsək sümükləri zədələnir. Kiçik yaşlı uşaqlarda sümük üstlüyü qalın olduğuna görə adətən bu sınıqlar subperiostal olur və az yerdəyişmə ilə müşahidə olunur. Nümunə olaraq, "yaşıl budaq" sınığını göstərmək olar. Yerdəyişmə varsa sınıq qapalı düzəliş edilərək gips sarğısı ilə fiksasiya olunur. Said sümüklərinin müştərək sınıqlarının da müalicəsi uşağın yaşı az olduqda gips sarğısı ilə aparılır. Amma daha böyük yaşlarda yerdəyişmənin xarakterindən asılı olaraq cərrahi müdaxilə tələb edə bilər.

Dirsək oynağı 3 sümükdən (bazu, mil və dirsək) təşkil olunan mürəkkəb quruluşludur. Bu nahiyədə isə ən çox rast gəlinən bazu sümüyünün aşağı 1/3-nin sınıqlarıdır, digər adı ilə suprakondilyar. Beynəlxalq klassifikasiyada bunların 4 tipi qeyd olunur. Birinci tip yerdəyişməsizdir və 3 həftəlik gips sarğısı kifayətdir. İkinci tip minimal yerdəyişmə ilə xarakterizə edilir, az hallarda cərrahidir. Əgər yerdəyişmə qapalı üsulla düzəldilib stabil qalırsa gipslə müalicə olunur, əks halda ümumi keyləşmə altında qapalı reduksiya millərlə fiksasiya edilir. Üçüncü və dördüncü tiplərdə isə müalicə cərrahidir və yenə də millərlə fiksasiya edilmiş ətraf 3-4 həftə aralığında gips sarğısında saxlanılır. Ümumiyyətlə, bu sınıqlar dirsəkətrafı sınıqların təxminən 70 faizini təşkil edir və proqnozu əgər sınığın anatomik düzəlişi edilibsə qənaətbəxşdir.

Bazu sümüyünün cisminin və yuxarı 1/3-nin sınıqları kiçik yaşlı uşaqlarda adətən dezo sarğısı və ya gips ilə aparılır. Burada yerdəyişmənin olması dirsəkdən fərqli olaraq az önəm kəsb edir. Çünki yaşa bağlı olaraq sümüklərdə remodelizasiya qabiliyyəti çoxdur və gələcəkdə hər hansı problemin olması ehtimalı çox azdır. Böyük yaşlı uşaqlarda isə nadirən də olsa cərrahi müdaxilə tələb edə bilər.

Körpücük sınıqları çiyin üzərinə yıxılma nəticəsində yarana bilər, müalicəsi adətən dezo və səkkizvari sarğı fiksasiyası ilə konservativdir. Amma sınıq açıqdırsa, damar-sinir zədələnməsi varsa, yerdəyişmə çoxdursa cərrahi müdaxilə tələb edir.

- Hansı növ sınıqlara daha az rast gəlinir?

- Aşağı ətraf sınıqlarına yuxarı ətraf sınıqlarından daha az rast gəlinir. Topuq oynağı ətrafı sınıqlar adətən burxulma sonrası yaranır və daha böyük yaşlı uşaqlarda görünür. Bu sınıqlar çox vaxt böyümə zonasının zədələnməsi ilə müşahidə edilir. Müalicəsi gips sarğısı və yerdəyişmənin xarakterindən asılı olaraq cərrahi də ola bilər. Qamış sümüyünün cisminin sınıqları hər yaşda rast gəlinən bir haldır, yenə də kiçik yaşlarda bunlar subperisotaldır və gips sarğısı ilə sağalır. Böyük yaşlarda isə yerdəyişmənin xarakterindən asılı olaraq konservativ və ya cərrahi yolla müalicə edilir. Bud sümüyü cisminin sınıqları kiçik yaşlı uşaqlarda yıxılma zamanı yaranır. Ətraf 6-8 həftə koksid gips sarğısında qalır. Sözü

#Cəmiyyət#uşaq_travmatologiyası#sümük_sınıqları#ortoped-travmatoloq#Nuşrəvan_Şahverdiyev#uşaqlarda_çıxıqlar#gips_müalicəsi#dirsək_oynağı_sınıqları#uşaq_zədələnmələri#fizioterapiya_və_reabilitasiya#bud_sümüyü_sınığı.

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240