
Vasif Qafarov: "Dünya liderlərinin Azərbaycana səfərləri diqqət çəkir"
"Son günlərdə dünya liderlərinin Azərbaycana ardıcıl səfərləri diqqətçəkən geosiyasi tendensiyanın göstəricisidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri, ardınca Çexiyanın baş nazirinin Bakıya gəlməsi və yaxın günlərdə İtaliyanın Baş naziri Corcia Meloninin gözlənilən səfəri Azərbaycanın artan beynəlxalq rolunu daha aydın şəkildə ortaya qoyur".
"Son günlərdə dünya liderlərinin Azərbaycana ardıcıl səfərləri diqqətçəkən geosiyasi tendensiyanın göstəricisidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri, ardınca Çexiyanın baş nazirinin Bakıya gəlməsi və yaxın günlərdə İtaliyanın Baş naziri Corcia Meloninin gözlənilən səfəri Azərbaycanın artan beynəlxalq rolunu daha aydın şəkildə ortaya qoyur".
Bu fikirləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O vurğulayıb ki, Çexiya baş nazirinin "Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti burada oldu, sonra Corcia Meloni səfər edəcək. Bu, ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir" fikirləri də bu reallığın siyasi ifadəsidir:
"Bu dinamikanı qiymətləndirərkən ilk növbədə Azərbaycanın dəyişən qlobal şərtlərdə qazandığı strateji mövqeni nəzərə almaq lazımdır. Enerji təhlükəsizliyi məsələsi, xüsusilə, Avropa üçün prioritetə çevrilib və Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi ön plana çıxır. Eyni zamanda Orta Dəhliz layihəsi çərçivəsində ölkənin tranzit və logistika imkanlarının artması onu Şərqlə Qərb arasında vacib bağlantı nöqtəsinə çevirir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət yaradır. Bu fonda Azərbaycan Cənubi Qafqazın əsas dövlətinə çevrilməsi onun mövqelərini gücləndirir və ölkəmiz regional gündəliyin formalaşmasında daha aktiv rol oynayır.
Digər tərəfdən, Azərbaycanın coğrafi yerləşməsi və balanslı xarici siyasəti onu müxtəlif güc mərkəzləri üçün qəbuledilən və dialoq üçün uyğun platformaya çevirir. Post-münaqişə dövründə regionda formalaşan yeni reallıqlar da ölkəyə marağı artırır".
Deputat əlavə edib ki, bu şəraitdə Azərbaycan yalnız iştirakçı deyil, eyni zamanda proseslərə təsir göstərmək potensialına malik aktor kimi çıxış edir:
"Artan beynəlxalq diqqət Azərbaycanın dövlət maraqlarının daha effektiv şəkildə irəli sürülməsi üçün də imkanlar yaradır. Enerji ixracı, nəqliyyat dəhlizlərinin inkişafı, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi prioritetlər daha geniş platformalarda müdafiə olunur. Bu isə ölkəmizin həm siyasi çəkisini, həm də danışıqlar masasında mövqelərini gücləndirir. Bu proseslərin Azərbaycana vəd etdiyi üstünlüklər kifayət qədər genişdir. Azərbaycan böyük güclər arasında balans qurmaqla öz manevr imkanlarını genişləndirə bilir.
Ümumilikdə, Azərbaycan hazırda beynəlxalq sistemdə daha çox "strateji əhəmiyyətə malik tərəfdaş" kimi qəbul olunur və eyni zamanda Cənubi Qafqazın aparıcı dövləti kimi real üstünlüklər qazanır. Bu status ölkənin həm iqtisadi, həm də siyasi baxımdan mövqeyini daha da möhkəmləndirəcək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.
Siyasətİlham Əliyev: "Çexiyaya səfər dəvətini məmnuniyyətlə qəbul edirəm"
Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkə hesabında Çexiyanın Baş naziri Andrey Babişin paylaşımı bölüşülüb və Qəbələdə aparılan müzakirələrə görə təşəkkür yer alıb.
Siyasət"Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" - VİDEO
"Azərbaycanın Qəbələ şəhəri daha bir önəmli görüşə ev sahibliyi edib".
SiyasətZakir Həsənov italiyalı həmkarı ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb.