
Vaşinqton İrana qarşı əməliyyatların miqyasını azaltmayacaq
ABŞ İranla diplomatik təmaslar dövründə İslam Respublikasına qarşı həyata keçirilən hərbi əməliyyatın miqyasını azaltmaq niyyətində deyil.
ABŞ İranla diplomatik təmaslar dövründə İslam Respublikasına qarşı həyata keçirilən hərbi əməliyyatın miqyasını azaltmaq niyyətində deyil.
Gundem.today-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "The New York Times" (NYT) qəzetinə bildirib.
"Prezident D.Tramp və onun nümayəndələri İranla diplomatik danışıqlar aparmaq üçün bu yeni imkanı nəzərdən keçirdiyi bir vaxtda, ali baş komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə çatmaq üçün "Epik Qəzəb" əməliyyatı intensivliyi azaldılmadan davam etdirilir", - deyə o bildirib.
Qəzet adı açıqlanmayan iki məmura istinadən qeyd edir ki, ABŞ hərbi münaqişəyə son qoymaq üçün 15 maddəlik planını Pakistan vasitəsilə İrana çatdırıb.
"Tehranın bu təklifləri danışıqlar üçün əsas kimi qəbul etməyə hazır olub-olmadığı və İsrailin ABŞ-nin ideyaları ilə tam razı olub-olmadığı məlum deyil", - deyə NYT vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVaşinqton Tehrana nə təklif edib? - İran səfirindən açıqlama
İran ABŞ-nin 15 maddəlik sülh planını rədd etdikdən sonra Vaşinqton vasitəçilər üzərindən Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib.
Dünyaİrana dron və partlayıcı ötürməkdə şübhəli bilinən qadın Los-Anceles hava limanında tutuldu
ABŞ-nin Kaliforniya ştatında hüquq-mühafizə orqanları ölkədə qanuni yaşamaq hüququ olan İran vətəndaşını nəzarətə götürüb. O, İran dövlətinin xeyrinə silah qaçaqmalçılığı təşkil etməkdə şübhəli bilinir.
DünyaYaponiyada güclü zəlzələ: 150 mindən çox insan təxliyə edilir, sunami təhlükəsi var
Yaponiyada 7.5 maqnitudalı zəlzələdən sonra 156 mindən çox əhalinin təxliyə olunması barədə göstəriş verilib.
DünyaBenyamin Netanyahu İsrail Müdafiə Ordusunun əsgərinin hərəkətini PİSLƏDİ
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun (SAXAL) əsgəri tərəfindən Cənubi Livanda İsa Məsihin heykəlinin sındırılması hadisəsindən dərin sarsıntı keçirdiyini bildirib.