
Vaşinqton Tehrana nə təklif edib? - İran səfirindən açıqlama
İran ABŞ-nin 15 maddəlik sülh planını rədd etdikdən sonra Vaşinqton vasitəçilər üzərindən Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib.
İran ABŞ-nin 15 maddəlik sülh planını rədd etdikdən sonra Vaşinqton vasitəçilər üzərindən Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib.
Gundem.today-ın xəbərinə görə, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali "Vedomosti" qəzetinə müsahibəsində məlumat verib.
"Biz həmişə danışıqlara hazır olduğumuzu bəyan edirdik. Amma güc və təhdid mövqeyindən danışıqlara yox. Təzyiq altında olan danışıqlara yox. ABŞ-lilər (əvvəlcə) 15 maddəlik danışıqlar planı təqdim etdilər. Və biz dərhal onların 15 maddəlik planını rədd etdik. Biz bununla razılaşa bilməzdik. Sonra isə ABŞ-lilər özləri vasitəçilər üzərindən İrana yeni plan hazırlamağı təklif etdilər", - deyə o bildirib.
Kazım Cəlali əlavə edib ki, İran 10 maddəlik plan hazırlayıb. Onların vasitəçilərinin sözlərinə görə, ABŞ bu planla razılaşıb və bu, danışıqlar üçün əsas ola bilər.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Tehran və Vaşinqtonun daha sonra bildirdiyi kimi, tərəflər bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli nizamlanması ilə bağlı razılığa gələ bilməyiblər. Yeni məsləhətləşmələr raundunun baş tutub-tutmayacağı hələlik məlum deyil. ABŞ aprelin 13-də İranın dəniz blokadasına başlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi
ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
DünyaDanimarkada qatarlar TOQQUŞUB: Yaralılar var - FOTO
Danimarkada iki qatar toqquşub.
DünyaABŞ-də irimiqyaslı meşə yanğınları: Əllidən çox ev kül olub, sakinlər təxliyə edilir
ABŞ-nin Corciya ştatında meşə yanğınları nəticəsində 50-dən çox yaşayış evi külə dönüb.
Dünya"Brent" markalı neft bahalaşdı
Qlobal bazarda neft bahalaşıb.