
Vatikanla münasibətlər: Azərbaycanın multikulturalizm modeli Avropa mətbuatında - FOTO
"Müqəddəs Taxt-Tac ilə münasibətlərimiz həm məzmun, həm də əhatə baxımından yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmətə və mədəniyyətlərarası dialoqun, dinlərarası anlaşmanın dərinləşdirilməsinə yönəlmiş ortaq və qətiyyətli öhdəliyə əsaslanır".
"Müqəddəs Taxt-Tac ilə münasibətlərimiz həm məzmun, həm də əhatə baxımından yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmətə və mədəniyyətlərarası dialoqun, dinlərarası anlaşmanın dərinləşdirilməsinə yönəlmiş ortaq və qətiyyətli öhdəliyə əsaslanır".
Gundem.today xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın "La Repubblica" nəşrinə müsahibəsi zamanı deyib.
"Dövlətlərimiz arasında siyasi dialoq davamlı və yüksək səviyyədədir. Bu, ilk növbədə Heydər Əliyev Fondunun artıq 15 ildən çoxdur ki, Müqəddəs Taxt-Tac və onun dini, elmi və akademik qurumları ilə çoxşaxəli və səmərəli əməkdaşlığı ilə bağlıdır. Vatikan ərazisində yerləşən dini və mədəni abidələrin, o cümlədən Müqəddəs Pyotr Bazilikası, Vatikan Muzeyləri, Vatikan Apostol Kitabxanası və katakombaların bərpasına verdiyimiz töhfədən qürur duyuruq. Hazırda əməkdaşlıq elm, arxiv işi və səhiyyə kimi sahələri də əhatə etməyə başlayıb.
Bu dinamikanın digər mühüm göstəricisi Bakıda Müqəddəs II İohann Pavelə həsr olunmuş katolik kilsəsinin tikintisidir və onun 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Bütün bu amillər Azərbaycanın multikulturalizmə, dini tolerantlığa və sivilizasiyalararası dialoqa sadiqliyini nümayiş etdirir və hörmət və məsuliyyətə əsaslanan diplomatiyanı əks etdirir", - Prezidentin köməkçisi qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.
Siyasət"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə
Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.
SiyasətHeydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO
Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
SiyasətBMT-dən Fransaya XƏBƏRDARLIQ
BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.