Son dəqiqə
Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət MəmmədovaTarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər
Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər
Siyasət

Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər

15 aprel 2026
19:00
0 baxış
Paylaş:

Azərbaycan və Rusiya Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub ki, hər iki ölkə rəhbərinin Düşənbədə 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsində müvafiq r

Azərbaycan və Rusiya Xarici İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub ki, hər iki ölkə rəhbərinin Düşənbədə 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsində müvafiq razılığa gəliblər.

Öncəliklə qeyd etmək lazımdır ki, hadisə baş verdiyi andan Azərbaycan hökuməti siyasi iradə, qətiyyətli, prinsipial və dönməz mövqe nümayiş etdirdi. Belə ki, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib. Dövlət başçısının tapşırığı ilə dərhal Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam olunub.

Azərbaycan tərəfindən nümayiş etdirilən bu mövqe, yalnız daxili ictimaiyyətə deyil, eyni zamanda beynəlxalq aləmə də aydın mesaj idi. Rəsmi Bakı bu addımı ilə nümayiş etdirdi ki, Azərbaycan öz vətəndaşlarının hüquqlarının qorunmasında kiminləsə kompromisə getmir. Hökumətin tələbi ilə hadisənin bütün detalları obyektiv və hərtərəfli şəkildə araşdırılıb, nəticələrin ictimaiyyətə açıqlanması prinsipial şərt kimi irəli sürülüb. Bu yanaşma beynəlxalq hüququn əsas prinsiplərindən biri olan şəffaflıq və hesabatlılıq tələblərinə tam uyğun gəlir. Eyni zamanda, təqsirli tərəfin məsuliyyətinin birmənalı şəkildə müəyyən olunması və bunun hüquqi nəticələrinin tətbiqi məsələsi də Azərbaycanın dəyişməz mövqeyi olub.

Kompensasiya məsələsi isə bu prosesin ən həssas və vacib komponentlərindən biri idi. Məsələnin həllində siyasi iradənin rolu xüsusi vurğulanmalıdır. Prosesin ölkə rəhbərliyi səviyyəsində nəzarətdə saxlanılması, strateji yanaşma və prinsipial mövqe nəticə etibarilə Azərbaycanın maraqlarına uyğun, ədalətli qərarın əldə olunmasına imkan verib. Bu, bir daha göstərir ki, düzgün qurulmuş diplomatik xətt və ardıcıl siyasət dövlətin beynəlxalq arenada mövqelərini gücləndirən əsas amillərdəndir.

Azərbaycan və Rusiya arasında mövcud dialoq mühiti bu kimi çətin məsələlərin eskalasiyaya getmədən, konstruktiv şəkildə həllinə şərait yaradıb. Bu isə regionda sabitliyin və əməkdaşlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, əldə olunmuş razılaşma Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumağa qadir olduğunu, dövlətin öz vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə müdafiə etdiyini bir daha sübut edir. Bu yanaşma yalnız konkret bir hadisənin həlli deyil, eyni zamanda gələcək üçün presedent rolunu oynayır. Azərbaycanın nümayiş etdirdiyi məsuliyyətli, prinsipial və konstruktiv mövqe beynəlxalq hüquqa əsaslanan ədalətli münasibətlərin formalaşmasına töhfə verən mühüm nümunə kimi qiymətləndirilə bilər.

Aqil Vəlili

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#AZAL#Azərbaycan_Hava_Yolları#Rusiya_XİN#Embraer_190#təyyarə_qəzası#kompensasiya#İlham_Əliyev#hava_hücumundan_müdafiə#Aktau#diplomatik_razılaşma#beynəlxalq_hüquq#aviasiya_tarixi.

Oxşar Xəbərlər

Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Siyasət

Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"

"Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol oynamağa başlayır".

Bu gün
12:260
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRSiyasət

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏR

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edib.

Bu gün
12:230
Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTOSiyasət

Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Korao Faria ilə görüşüb.

Bu gün
12:110
Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"Siyasət

Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"

"Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır".

Bu gün
11:300