
Vitamin çatışmazlığı Altsheymer xəstəliyinə səbəb ola bilər?
Orqanizmdə bəzi vitaminlərin cüzi əskikliyi belə gizli şəkildə Altsheymer xəstəliyinin yaranmasına gətirib çıxara bilər.
Orqanizmdə bəzi vitaminlərin cüzi əskikliyi belə gizli şəkildə Altsheymer xəstəliyinin yaranmasına gətirib çıxara bilər.
Gundem.today-ın kp.ru saytına istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim Mariya Çerdak danışıb.
O bildirib ki, həmin vacib maddələrin siyahısında B12 və D vitaminləri, eləcə də fol turşusu yer alır.
"B12 vitamini xüsusən sinir liflərinin bərpa prosesində mühüm rol oynayır. Əgər bu vitaminin qıtlığı yaranarsa, sinir sistemi hər bir səviyyədə zərər görür, həm beyin, həm də periferik sinirlər zədələnməyə məruz qalır", - deyə mütəxəssis vurğulayıb.
Mütəxəssis sağlam sinir toxumasının mühafizəsi və immun sisteminin normal fəaliyyəti üçün dəmirin də böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, B12 vitamini ilə yanaşı, dəmirin də orqanizm tərəfindən ən rahat mənimsənilən mənbəyi kimi əti göstərib.
Mariya Çerdak qan analizlərinin nəticələrinə uyğun olaraq orqanizmdəki vitamin qıtlığını aradan qaldırmağı tövsiyə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞəhərdə yaşamaq beynin qocalmasına necə təsir edir? - Ekspertdən açıqlama
"İnsan beyninin vaxtından əvvəl qocalması əlverişsiz ekoloji şəraitə malik şəhər həyatı ilə sıx bağlıdır. Eyni zamanda, təmiz havaya və daha az stresə yol açan ərazilərdə yaşamaq mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsir edir".
CəmiyyətAzərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO
Paytaxtın mərkəzi ərazilərində nəqliyyat vasitələri üçün sürət həddinin saatda 50 kilometrə qədər endirilməsi planlaşdırılır.
CəmiyyətYükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan kütləvi müraciətdə vətəndaşlar bildiriblər ki, "188" yükdaşıma şirkətində çalışan işçilərə artıq aylardır əməkhaqqı ödənilmir.