
Vüqar Gülməmmədovdan büdcə hesabatı: "Ümumi nöqsanın 22.1 faizi səmərəsiz xərclərdir"
"Ümumi nöqsanın 22.1 %-i və ya 342.9 milyon manatı səmərəsiz xərclərdən ibarət olub".
"Ümumi nöqsanın 22.1 %-i və ya 342.9 milyon manatı səmərəsiz xərclərdən ibarət olub".
Gundem.today xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2025-ci ildəki fəaliyyətinə dair hesabatla bağlı Milli Məclisdəki çıxışı zamanı deyib.
O bildirib ki, 2025-ci ilin İş Planı çərçivəsində Kənar Dövlət Maliyyə Nəzarət (KDMN) tədbirləri ilə ümumilikdə 1 milyard 554 milyon manat məbləğində nöqsan aşkarlanıb:
"Bu məbləğin 37.6%-i və ya 584.8 mln. manatı uyğunsuzluq məbləğidir. Uyğunsuzluq məbləğinin 170.4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil edib. Büdcəyə hesablanmış zərərin 101.5 mln. manatı üzrə vəsaitin bərpası, 40.2 mln. manatı üzrə isə müvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28.7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməyib, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib".
Palata sədri əlavə edib ki, ümumi nöqsanın 40.3%-i və ya 626.3 mln. manatı maliyyə təhriflərindən ibarətdir:
"Aşkarladığımız maliyyə təhriflərini iki istiqamətdə qruplaşdırmışıq. Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlılığında məlumatların əks etdirilməməsi kimi təhriflər aid olunub ki, bunlar üzrə məbləğ 481.3 mln. manat təşkil edib. Cəmi təhriflərin 145 mln. manatı isə digər təhriflərdən ibarət olub. Təhrif məbləğində gəlir və ya xərcin vaxtında və doğru tanınmaması yüksək pay ilə fərqlənib. Ümumi nöqsanın 22.1%-i və ya 342.9 mln. manatı isə səmərəsiz xərclərdən ibarət olub. Səmərəsiz xərclər əsasən mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, qənaət imkanlarından yararlanılmaması, hüquqi aktlarla qurumun fəaliyyət istiqamətlərinə aid olunduğu və özü tərəfindən həyata keçirilməli olduğu halda müvafiq fəaliyyətin icra edilməsi üçün satınalmanın keçirilməsi və s. ilə bağlıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində zəlzələ baş verib.
CəmiyyətDaşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
Aprelin 26-ı saat 11:00-a olan faktiki hava açıqlanıb.
CəmiyyətDaşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ - VİDEO
Kür çayının Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində azalma müşahidə edilir. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, çayda suyun səviyyəsi 150 santimetr aşağı düşüb.
CəmiyyətAzərbaycanda 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.