
Xaçmazda uçmaq üzrə olan məktəblə bağlı RƏSMİ AÇIQLAMA: "Vəziyyətdən məlumatlıyıq"
Xaçmaz rayonu, Ağtala kənd məktəbinin qəzalı vəziyyətdə olması məsələsinə münasibət bildirilib.
Xaçmaz rayonu, Ağtala kənd məktəbinin qəzalı vəziyyətdə olması məsələsinə münasibət bildirilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum məktəbin mövcud vəziyyətindən məlumatlıdır.
Açıqlamada qeyd olunub ki, binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb:
"Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir. İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud məktəb binalarının əsaslı təmiri idarənin prioritetlərindən biridir".
Məlumatda vurğulanıb ki, son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib:
"Eyni zamanda, beş modul tipli məktəb istifadəyə verilmiş, səkkiz məktəb binası isə tam sökülərək yenidən inşa edilib.
Hal-hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır".
Xaçmaz rayonunun Ağtala kənd məktəbi qəzalı vəziyyətdədir.
Bu barədə Gundem.today-a məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər.
Valideynlər bildiriblər ki, məktəb binasının divarları çatlayıb, suvaqları tökülüb, tavan dağılır, pəncərələr isə köhnə və zədəlidir. Görüntülərdən də aydın olur ki, sinif otaqlarında normal tədris üçün şərait yoxdur.
Valideynlərin sözlərinə görə, sinif otaqları soyuq olduğundan şagirdlər tez-tez dərs bitmədən evə buraxılırlar. Bu səbəbdən uşaqların xəstələndiyi də iddia olunur. Mövcud vəziyyətin şagirdlərin təhsilinə və sağlamlığına ciddi risk yaratdığı qeyd olunur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTO
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.
Cəmiyyət"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılışı olub - FOTO
Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
CəmiyyətYazın ortasında qış mənzərəsi – Kəlbəcərdən FOTOREPORTAJ
Aprel ayı olmasına baxmayaraq, Kəlbəcərdə qışın nəfəsi hələ də hiss edilir.
CəmiyyətYazın ortasında qış mənzərəsi – Kəlbəcərdən VİDEO - FOTOREPORTAJ
Aprel ayı olmasına baxmayaraq, Kəlbəcərdə qışın nəfəsi hələ də hiss edilir.