Son dəqiqə
Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?Korrupsiyaya bulaşmış siyasətçilər Bakıya mane ola bilməyəcəklər - RƏYAzərbaycan və İran xarici işlər nazirləri telefonla danışdılar - Xəbərlərin 20:00 buraxılışıİsmayıllıda sel suları yolu dağıdıb, dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilibİranın zərbələri nəticəsində ABŞ-nin zədələnən hərbi obyektlərinin sayı açıqlandıSabirabadda Kür çayının məcrasından çıxması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO - VİDEO
Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO - VİDEO
Siyasət

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO - VİDEO

Bu gün
18:24
0 baxış
Paylaş:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər.

Gundem.today "Report"a istinadən xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərinin tarixi məkanı ilə tanış olub.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa şəhərində olublar.

Gundem.today "Report"a istinadən xəbər verir ki, nümayəndə heyəti burada şəhərin tarixi və aparılan bərpa işləri ilə tanış olub.

Bundan əlavə, xarici diplomatlar Şuşada dövlət xidməti mərkəzinin işi ilə tanış olublar.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.

Gundem.today "Report"a istinadən xəbər verir ki, burada qonaqlar azad edilmiş şəhərin Azərbaycan tərəfindən tətbiq olunan səhiyyə sahəsindəki texnologiyalarla tanış ola biliblər.

Nümayəndə heyəti, həmçinin burada təhsil alan tibb universiteti tələbələrinin hazırlıq prosesi ilə tanış olub.

Klinikanın baş direktoru Samir Babayev qonaqlara universitet haqqında məlumatı verib.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinin nəzdindəki sərgi mərkəzini ziyarət ediblər.

Gundem.today "Report"a istinadən xəbər verir ki, burada qonaqlar Qarabağ Universitetinin incəsənətlə bağlı fakültələrindən biri ilə tanış olublar.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Qarabağ Universitetini ziyarət ediblər.

Gundem.today "Report"a istinadən xəbər verir ki, qonaqlar tədris prosesi, tələbələr və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər.

Gundem.today "Report"a istinadən xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Zəfər parkını ziyarət edib.

Onlar şəhərdə aparılan bərpa işləri ilə tanış olublar.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər.

Gundem.today "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.

Qonaqlar əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial kompleksini ziyarət ediblər. E. Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında informasiyaları təqdim edib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı soyqırımı barədə də ətraflı məlumat verilib.

Sonra qonaqlara azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışını təmin edən Böyük Qayıdış proqramının icrası barədə geniş məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Gundem.today "Report"a istinadən xəbər verir ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.

İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.

Daha çox foto burada: PhotoStock.az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Hikmət_Hacıyev#Xankəndi#Qarabağ

Oxşar Xəbərlər

Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?Siyasət

Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?

Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa i

Bu gün
20:060
Korrupsiyaya bulaşmış siyasətçilər Bakıya mane ola bilməyəcəklər - RƏYSiyasət

Korrupsiyaya bulaşmış siyasətçilər Bakıya mane ola bilməyəcəklər - RƏY

"Avropa Parlamenti, ATƏT və eyni zamanda digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili siyasətlərini davam etdirir".

Bu gün
20:020
Azərbaycan və İran xarici işlər nazirləri telefonla danışdılar - Xəbərlərin 20:00 buraxılışıSiyasət

Azərbaycan və İran xarici işlər nazirləri telefonla danışdılar - Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Bu gün
20:000
"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilibSiyasət

"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib

"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib.

Bu gün
19:360