Son dəqiqə
Sabah 23 dərəcə isti olacaq - 07.05.202633 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilirAzərbaycanda tanınmış vəkil vəfat etdi - FOTOŞəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlanıb - FOTOŞəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlandı - FOTOBEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Digər

Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Bu gün
11:26
0 baxış
Paylaş:

Xətai rayonunda rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Xətai rayonunda rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc, millət vəkilləri Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi qəhrəmanları Anar Mirzəyev və Zaur Hüseynov, Xətai Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Tədbir "Baku Marriott Hotel Boulevard"da davam etdirilib. Burada ulu öndərin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Ramil Mirzəyev ümummilli liderin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixi rolundan bəhs edib. O bildirib ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkə parçalanma və tənəzzül təhlükəsindən xilas olaraq sabit inkişaf yoluna qədəm qoyub. Qeyd olunub ki, bu gün həmin siyasi kurs İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra ümummilli liderə həsr olunmuş film nümayiş etdirilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolunu vurğulayaraq bildirib ki, onun siyasi iradəsi nəticəsində ölkəmiz müstəqilliyini möhkəmləndirib və beynəlxalq aləmdə layiqli mövqe qazanıb.

Milli Məclisin deputatı Mübariz Qurbanlı ümummilli liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycançılıq ideologiyası məhz onun tərəfindən dövlət siyasətinin əsas xəttinə çevrilib.

Deputat Vüqar Rəhimzadə Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyasının Azərbaycanın bugünkü gücünün əsasını təşkil etdiyini bildirib. Onun sözlərinə görə, neft strategiyası və beynəlxalq layihələr ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirib.

Deputat Zahid Oruc çıxışında Heydər Əliyev modelini dövlətçilik və milli təhlükəsizlik baxımından mühüm konsepsiya kimi qiymətləndirib. O qeyd edib ki, bu model güclü dövlətçilik ənənələrinin formalaşdırılmasına xidmət edir.

Deputat Pərvanə Vəliyeva isə sosial siyasətin humanist mahiyyətindən bəhs edərək bildirib ki, Heydər Əliyev hər zaman insan amilini ön planda saxlayıb, xüsusilə qadınların ictimai-siyasi həyatda rolunun artmasına xüsusi diqqət yetirib.

YAP Mərkəzi Aparatının nümayəndəsi Rafael Gülməmmədov çıxışında partiyanın yaranma tarixindən danışaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası ulu öndərin siyasi irsinin davamı kimi formalaşıb və ölkədə sabitliyin təmin olunmasına mühüm töhfə verib.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb və bildirib ki, bu ideyalar əsasında yetişən nəsil Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirib.

Xətai Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov isə çıxışında vətənə sədaqət və milli dəyərlərin qorunmasının vacibliyini qeyd edib.

Tədbir çərçivəsində bir qrup YAP fəalı fəxri fərmanla təltif olunub, həmçinin partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.

Bədii hissədə vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Xətai_Rayon_İcra_Hakimiyyəti

Oxşar Xəbərlər

BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunubDigər

BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunub

Sosial məsuliyyət prinsiplərinə sadiq qalan FMG şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu aksiya cəmiyyətin diqqətini bir daha qan xəstəliklərindən əziyyət çəkən şəxslərin problemlərinə yönəltməyi hədəfləyib.

Bu gün
12:180
"Baku Steel Company" Xalça Festivalında polad sənətini təqdim etdiDigər

"Baku Steel Company" Xalça Festivalında polad sənətini təqdim etdi

"Baku Steel Company" (BSC) QSC 1-3 may 2026-cı il tarixlərində keçirilmiş III Beynəlxalq Xalça Festivalında poladın sənaye estetikası, müasir incəsənət və milli irs motivlərini özündə birləşdirən ekspozisiya təqdim edib.

Bu gün
11:420
Bizneslərin premium müştəriləri üçün yeni rəqəmsal xidmət həlliDigər

Bizneslərin premium müştəriləri üçün yeni rəqəmsal xidmət həlli

Rəqəmsal dövrdə müştərilərə təqdim olunan xidmətlərin keyfiyyəti brendin dəyərini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu səbəbdən müasir bizneslər artıq yalnız məhsul və xidmət satmaqla kifayətlənmir, premium müştərilərinə vahid və rahat rəqəmsal xidmət təcrübəsi təqdim etməyə çalışırlar. "Frazex" şirkəti innovasiya və texnologiyaya əsaslanan həlləri ilə bizneslərə məhz belə bir ekosistem qurmağa kömək edir. Bu model xüsusilə premium müştərilərlə işləyən bizneslər üçün daha yüksək xidm

Bu gün
11:380
"Expressbank"ın dəstəyi ilə VI Autizm Festivalı baş tutubDigər

"Expressbank"ın dəstəyi ilə VI Autizm Festivalı baş tutub

"Expressbank" ASC növbəti sosial təşəbbüsə imza atıb.

Bu gün
11:300