Son dəqiqə
Süni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?Zelenski: "Qafqaz regionu ilə əməkdaşlıq hazırlayırıq""Samsung"un on minlərlə işçisi etiraza qalxıbTramp: "İran ABŞ-yə çata biləcək raketləri qısa müddətdə hazırlaya bilər"İsrail və Livan arasındakı atəşkəsin müddəti uzadılacaqMarneulidə azərbaycanlı gəncin qətli ilə bağlı saxlanılan 11 nəfərlə bağlı qərar verildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Xətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEO
Xətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEO
Cəmiyyət

Xətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEO

Bu gün
01:00
0 baxış
Paylaş:

Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir.

Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir.

Sakinlərin sözlərinə görə, ərazidə aparılan işlər onların gündəlik hərəkətinə ciddi maneə yaradır.

"Qanunsuz olaraq gəlib yolları zəbt edirlər. Məktəbə uşaqları apara bilmirik. Hər iki məktəbin yolu bağlanır, metroya gedən yollar da tutulur. Bütün qurumlara müraciət etmişik, amma heç kim gəlmir. Deyir ki, 16 mərtəbəli bina tikəcək. Hətta bildirir ki, "şükür edin ki, sizə iki metr yol verirəm", - deyə sakinlərdən biri bildirib.

Digər şikayətçi isə məsələ ilə bağlı ziddiyyətli açıqlamalara diqqət çəkib.

"İcra hakimiyyətindən gələn nümayəndə deyib ki, biz icazə verməmişik. Amma axı ilkin sənədlər icra hakimiyyətindən alınır. Necə olur ki, icazə verilməyib, amma tikinti aparılır? Deyirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti icazə verib. Bəs həmin qurum gəlib baxmalı deyilmi ki, bu tikinti maneə yaradır, ya yox? Uşaqları səhər məktəbə aparmaqda çətinlik çəkirik", - deyə o qeyd edib.

Özünü ərazidə fəaliyyət göstərən "İnam 2019" MMC-nin iş icraçısı kimi təqdim edən Ramil Məcidov bildirib ki, sözügedən ərazidə yeni bina tikintisi deyil, köhnə kafenin bərpası nəzərdə tutulub. Onun sözlərinə görə, aparılan işlər çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mühafizə zolağı yaradılır.

Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən bildirilib ki, tikintiyə icazə verən qurum onlar deyil. Qeyd olunub ki, torpaq üzərində hər hansı tikinti aparmaq üçün müvafiq qurumların razılığı tələb olunur və torpağın çıxarışı olsa belə, tikinti mütləq şəkildə razılaşdırılmalıdır.

Xətai Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, sözügedən ərazi özəl mülkiyyətdir və icra hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyəti yoxdur.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Bildirilib ki, həmin ünvanda yalnız ərazinin hasarlanmasına cəhd olunub. Sakinlərin narazılığı əsasında yerli icra hakimiyyəti tərəfindən hasarlama işlərinin qarşısı alınıb. Hazırda ərazidə hər hansı tikinti-quraşdırma işləri aparılmır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Sakin_şikayəti#Yol_problemi#Xətai_rayonu

Oxşar Xəbərlər

Paytaxt sakinlərinə sevindirici xəbər - VİDEOCəmiyyət

Paytaxt sakinlərinə sevindirici xəbər - VİDEO

Bakı şəhərində abadlıq-quruculuq işlərinin aparılması davam edir.

Bu gün
01:300
Bakıda faciəli durum: Yeddi nəfərlik ailə zirzəmilərdə gecələyir - VİDEOCəmiyyət

Bakıda faciəli durum: Yeddi nəfərlik ailə zirzəmilərdə gecələyir - VİDEO

Bir ailənin 7 üzvü evsiz qalıb. Nə kirayə pulu ödənilir, nə də kompensasiya verilir...

Bu gün
01:240
Suraxanının bəzi ərazilərində işıq olmayacaqCəmiyyət

Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu gün
00:360
Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEOCəmiyyət

Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO

Bir neçə il əvvəl ölkəmizdə teatr forumu keçirilib. Xalq artisti Afaq Bəşirqızı həmin forumda bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də sənətkarlar üçün xüsusi qəbiristanlığın yaradılması olub.

Bu gün
23:480