Son dəqiqə
Səfir Litva ilə Azərbaycanın strateji tərəfdaşlığından danışdı - VİDEOYaxın Şərq münaqişəsi neft bazarlarını vurdu - OPEC-də tarixi geriləmə"Real Madrid"in futbolçuları "El-Klasiko" ərəfəsində dava ediblər"Heydər Əliyev Kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaqRusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərdi: Nə baş verir?"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. XİN: "Fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik"
XİN: "Fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik"
Siyasət

XİN: "Fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik"

Bu gün
23:12
0 baxış
Paylaş:

"Mayın 6-da Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik".

"Mayın 6-da Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik".

Gundem.today xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, fransalı nazir tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı "Dağlıq Qarabağ" kimi ifadələrin istifadəsi qəbuledilməzdir.

"Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.

Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını görməməzliyə vuran Fransa nazirinin işğal dönəmindən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair şərh verməsi, bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili yanaşmanın bariz nümunəsidir.

Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur.

Fransanın UNESCO tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının relllaşması məsələsinə dair çağırışları reallıqların açıq-aşkar təhrif edilməsidir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılmasına çağırışlar etsə də, təəssüf ki, bu məhz Ermənistan və Fransa kimi ölkələrin məlum əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü 2005-ci il hesabatında bu faktı təsdiqləyib.

Fransa nazirinin bu kimi açıqlamaları bölgədə dayanıqlı və həqiqi sülh quruculuğuna xidmət etmir", - məlumatda deyilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Ayxan_Hacızadə#Xarici_İşlər_Nazirliyi_(XİN)#Azərbaycan_Respublikası#Fransa

Oxşar Xəbərlər

Səfir Litva ilə Azərbaycanın strateji tərəfdaşlığından danışdı - VİDEOSiyasət

Səfir Litva ilə Azərbaycanın strateji tərəfdaşlığından danışdı - VİDEO

Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus olub.

Bu gün
00:240
Ceyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblərSiyasət

Ceyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər

Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı aparılıb.

Bu gün
23:160
bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Kral III Çarlzın adından mükafatlar təqdim olunubSiyasət

bp-nin vitse-prezidenti və "British Council"ın direktoruna Kral III Çarlzın adından mükafatlar təqdim olunub

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "British Council"ın direktoru Nərgiz Hacıyevaya Böyük Britaniya Kralı III Çarlzın adından fəxri mükafatlar təqdim olunub.

Bu gün
22:360
İki azərbaycanlıya Kral III Çarlzın adından mükafatlar təqdim olunubSiyasət

İki azərbaycanlıya Kral III Çarlzın adından mükafatlar təqdim olunub

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "British Council"ın direktoru Nərgiz Hacıyevaya Böyük Britaniya Kralı III Çarlzın adından fəxri mükafatlar təqdim olunub.

Bu gün
22:360