
"Heydər Əliyev Kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Bakıda yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb. 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Gundem.today xəbər verir ki, həlledici görüşdə 44 kq, 46 kq, 50 kq, 52 kq, 57 kq və 80 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcəklər.
12 boksçumuz isə artıq bürünc medalı rəsmiləşdirib. Rəvan Həşimov (44 kq), Yusif Hüseynov (46 kq), Nizami Əliyev (48), Rəsul Babazadə, Sahib Baxışlı (hər ikisi 50 kq), Mirtahir Əhmədli (52 kq), Elcan Musazadə (54 kq), Aydın Əliyev, Tunar Mehdiyev (hər ikisi 60 kq), Yusif Məmmədli (66 kq), Hidayət Məmmədov (70 kq) və Mehran Rəsulov (+80 kq) turniri 3-cü pillədə başa vurublar.
Bakı Boks Mərkəzində keçirilən yarışın final görüşləri mayın 7-də, saat 13:00-da start götürəcək.
Qeyd edək ki, bu gün başa çatan qız boksçuların mübarizəsində Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanıb.
Oğlanlar
1/2 final
Nihad Məmmədli (Azərbaycan) - Rati Xarbadya (Gürcüstan) - 4:1 (29:28, 30:27, 30:27, 29:28, 28:29)
Vaqif Məhəmmədli (Azərbaycan) - Rəsul Babazadə (Azərbaycan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
Sahib Baxışlı (Azərbaycan) - Rüstəm Nəsibov (Azərbaycan) - ikinci qalib gəlib
Qardaş Rəhimov (Azərbaycan) - Alixan Satibayev (Qazaxıstan) - 4:1 (26:30, 28*:28, 29:27, 28*:28, 28*:28)
İsmayıl Nəsirzadə (Azərbaycan) - Mirtahir Əhmədli (Azərbaycan) - 5:0 (30:25, 30:25, 30:24, 29:27, 30:25)
Alixan Askarov (Qazaxıstan) - Məhəmmədəli İstamov (Azərbaycan) - 1:4 (27:30, 27:30, 27:30, 29:28, 27:30)
Əli Camalzadə (Azərbaycan) - Dosjan Tanksik (Qazaxıstan) - 3:2 (27:30, 28:29, 30:27, 30:27, 29:28)
Əli Abaslı (Azərbaycan) - Aydın Əliyev (Azərbaycan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)
Vəkil Qurbanov (Azərbaycan) - Caxongirjon Usmankulov (Özbəkistan) - 4:1 (30:27, 30:27, 30:27, 27:30, 30:27)
Yusif Ağakişiyev (Azərbaycan) - Alişer Kurbankojauli (Qazaxıstan) - 4:1 (28:29, 29:28, 30:27, 30:26, 30:27)
Şükar Əliyev (Azərbaycan) - Lazare Dokvadze (Gürcüstan) - birinci qalib gəlib
Temurbek Xolmurodov (Özbəkistan) - Saleh Fərəcov (Azərbaycan) - ikinci üçüncü raundda tam üstünlüklə qalib gəlib.
Bakıda "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.
Gundem.today xəbər verir ki, səkkiz ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb.
İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.
Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.
Beləliklə, üç qızıl, dörd gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub. İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) tutub.
Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPSJ Çempionlar Liqasının finalına yüksəldi - VİDEO
UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" ilə PSJ üz-üzə gəlib.
İdman"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bavariya" - PSJ qarşılaşmasının yayımçısı dəyişib.
İdman"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri mükafatlandırılıb
"Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.
İdmanMourinyo "Real Madrid"ə qayıdır?
Madridin "Real" klubunun prezidenti Florentino Peres hazırda Portuqaliyanın "Benfika" komandasına rəhbərlik edən Joze Mourinyo ilə mütəxəssisin kluba mümkün qayıdışını müzakirə edib.