
Yaxın Şərq gərginliyi neft bazarında qaydaları dəyişir: Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq?
"Yaxın Şərqdəki gərginlik və bundan dolayı İranın Hörmüz boğazında müəyyən tankerlərin hərəkətinə qoyduğu məhdudiyyətlər fonunda neft qiymətlərində kəskin artım təbii haldır. ABŞ və İsrailin İranla bağlı hərbi fəaliyyətləri, həmçinin İranın strateji su yolunu bloklama potensialı qlobal tədarük zəncirinə birbaşa təsir göstərir və ölkələr alternativ enerji mənbələrinə yönəlmək məcburiyyətində qalır".
"Yaxın Şərqdəki gərginlik və bundan dolayı İranın Hörmüz boğazında müəyyən tankerlərin hərəkətinə qoyduğu məhdudiyyətlər fonunda neft qiymətlərində kəskin artım təbii haldır. ABŞ və İsrailin İranla bağlı hərbi fəaliyyətləri, həmçinin İranın strateji su yolunu bloklama potensialı qlobal tədarük zəncirinə birbaşa təsir göstərir və ölkələr alternativ enerji mənbələrinə yönəlmək məcburiyyətində qalır".
Bu sözləri Gundem.today-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, bura ABŞ daxilində qiymət artımı ilə bağlı təzyiqləri və eləcə də Avropa ölkələrinin basqılarını əlavə etdikdə enerji məhsullarının qiymətlərində stabilliyə nail olunması üçün Birləşmiş Ştatlarla Rusiya arasında sanksiyaların qismən yumşaldılması istiqamətində müzakirələrin aparılması mümkün görünür:
"Amma söhbət təbii ki, tam sanksiya ləğvindən getmir. Bunun bir neçə səbəbi var. Birincisi, məlumdur ki, sanksiyalar siyasi vasitə kimi istifadə olunur və ABŞ onları Rusiya-Ukrayna müharibəsində strateji təzyiq aləti kimi saxlayır. Eyni zamanda, Rusiya ilə ABŞ arasında enerji sahəsində razılıq əldə etmək üçün etimad və uzunmüddətli mexanizmlər tələb olunur ki, bu da indiki geosiyasi vəziyyətdə mürəkkəbdir.
Bununla belə, qismən aradan qaldırma və ya yumşaltma ehtimalları realdır. Məsələn, tranzit ölkələri və ya idxalçı tərəflər üçün müəyyən kvotalar, tranzit və ya texniki güzəştlər tətbiq oluna bilər. Bu tip mexanizmlər həm bazarda qiymətləri stabilləşdirir, həm də siyasi tərəflərə imkan verir ki, sanksiyanın tam ləğvi olmadan müəyyən iqtisadi rahatlıq yaratsın. Belə bir addım həm ABŞ-yə, həm də Rusiyaya diplomatik manevr üçün imkan verə bilər. Yəni başqa sözlə, bununla Vaşinqton enerjinin qiymət artımından yaranan təzyiqləri idarə, Moskva isə gəlir axınını qismən təmin edir".
Ekspertin sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiyaların qismən aradan qaldırılması baş verəcəksə, bu, Ukrayna ilə müharibənin taleyinə də dolayısı ilə təsir göstərəcək:
"Belə ki, iqtisadi təzyiq azalarsa, Moskva daha uzunmüddətli hərbi strategiya yürütmək üçün resurslara sahib olacaq. Eyni zamanda, Qərb üçün belə bir situasiyanın həm diplomatik, həm də hərbi təzyiq vasitələrinin effektivliyini sınağa çəkəcəyini də deyə bilərik. Yəni sanksiyaların qismən yumşaldılması Ukrayna tərəfi üçün maliyyə və hərbi resurs baxımından əlavə çağırışlar yarada bilər. Lakin bu, müharibənin nəticəsini birbaşa müəyyən etməyəcək. Ümumiyyətlə isə belə müzakirələrin aparılması realdır və qlobal enerji bazarının həssaslığı ilə əlaqədardır. Bunun nəticəsi həm qiymətlərin sabitləşdirilməsi, həm də geopolitik aktorlar üçün strateji manevrlərin artırılması şəklində görünəcək. Qısacası, bu sanksiya müzakirələri bazar və diplomatiyanın qarşılıqlı təsirini göstərən praktik bir nümunədir və həm ABŞ, həm Rusiya, həm də region ölkələri üçün uzunmüddətli planlaşdırmada kritik rol oynaya bilər".
Mərahim Nəsib
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.
Siyasət"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə
Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.
SiyasətHeydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO
Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
SiyasətBMT-dən Fransaya XƏBƏRDARLIQ
BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.