
Yaxın Şərq münaqişəsi ərəb ölkələrinə 200 milyard dollar zərbə vurub - Yoxsulluq, işsizlik...
Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən ərəb dövlətlərinin təqribən 200 milyard dollar məbləğində maliyyə itkisi ilə üzləşəcəyi gözlənilir. Bu vəziyyət bölgənin iqtisadi inkişafına ağır təsir göstərə bilər.
Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən ərəb dövlətlərinin təqribən 200 milyard dollar məbləğində maliyyə itkisi ilə üzləşəcəyi gözlənilir. Bu vəziyyət bölgənin iqtisadi inkişafına ağır təsir göstərə bilər.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" nəşri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) müvafiq hesabatına əsaslanaraq məlumat yayıb.
"Yaxın Şərq regionunda baş verən qısamüddətli hərbi gərginliklər ümumilikdə bütün ərəb ölkələri üçün kəskin və əhatəli sosial-iqtisadi fəsadlar yarada bilər", - deyə mütəxəssislər bildirib.
Mövcud proqnozlara əsasən, bölgədə işsizlik səviyyəsinin dörd faiz bəndi yüksəlməsi ehtimalı var. Nəticədə 3.6 milyona yaxın insan işsiz qala və təqribən 4 milyon şəxs yoxsulluq həddinə düşə bilər.
Körfəz Əməkdaşlıq Şurası üzvləri olan Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının öz ÜDM-lərinin 5.2 faizindən artığını itirəcəyi ehtimal olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşıb
Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti artıb.
İqtisadiyyat"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb - VİDEO
"Mənzil təminatı şəhər inkişafının əsas problemlərindən biri olaraq qalır, çünki dünyada bir milyarddan çox insan qeyri-qənaətbəxş şəraitdə yaşayır. Sürətli urbanizasiya, qiymətlərin artması və əhalinin çoxalması şəhərlərə təzyiqi davam etdirir".
İqtisadiyyatBMT-nin Vyana ofisində WUF13-lə bağlı tədbirlər keçirilib
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını ictimaiyyətə təqdim etmək məqsədilə BMT-nin Vyana ofisində və ATƏT-in Vyanadakı mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilib.
İqtisadiyyatMüslüm Cabbarzadə nazir müavini TƏYİN EDİLDİ - FOTO
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinə yeni müavin təyin olunub.