
Yaxın Şərqdə gözlənilməz aviasiya qərarı: Qətər və BƏƏ səmasında məhdudiyyətlər başladı
Qətər hava məkanını mayın 11-dək qismən bağlayıb.
Qətər hava məkanını mayın 11-dək qismən bağlayıb.
Gundem.today xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqin hava hərəkətini idarəetmə xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
"Qətərin aviasiya qurumları hava məkanını qismən bağlayıb. Bu məhdudiyyətlərin mayın 11-i axşam saatlarınadək qüvvədə qalacağı gözlənilir", - deyə mənbə bildirib.
Məlumata əsasən, qonşu ölkələrdən əmirliyə daxil olan reyslər üçün hava məkanında dörd nəzarət-buraxılış nöqtəsi təyin edilib. Eyni zamanda, Qətərdən Bəhreyn və Səudiyyə Ərəbistanı istiqamətində uçuşlar həyata keçirmək üçün üç çıxış nöqtəsi müəyyənləşdirilib.
04 may, 23:12
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkənin hava məkanının qismən bağlanması barədə qərar qəbul edib.
Gundem.today xəbər verir ki, bu barədə TASS agentliyinin Yaxın Şərq dispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, səlahiyyətli qurumlar tərəfindən ölkə aeroportlarına istiqamətlənən və geri qayıdan təyyarələrin reysləri üçün yalnız dörd xüsusi uçuş dəhlizi ayrılıb.
Xatırladaq ki, bundan əvvəl "Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib. Bununla bağlı müvafiq məlumat servisin sosial şəbəkə hesablarında paylaşılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı
Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb.
Dünya"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədi
"Bitcoin"in dəyəri 79,5 min dollara yüksələrək son üç ayın maksimumunu yeniləyib.
DünyaAğ Ev Donald Trampı növbəti dəfə yeni obrazda təqdim etdi - FOTO
Ağ Ev ABŞ Prezidenti Donald Trampın məşhur "Ulduz müharibələri" filminin personajı obrazında fotosunu yayımlayıb.
DünyaABŞ İrana qarşı yenidən hücuma hazırlaşır?
ABŞ-yə məxsus azı altı yanacaqdolduran hərbi təyyarə hazırda Fars və Oman körfəzlərinin hava məkanında uçuşlar həyata keçirir.