
Yaya Ture 2009-cu il finalının sirlərini açdı: "Messinin "saxta doqquz" rolu bizi uçurdu"
"Barselona" klubunun keçmiş ulduzu Yaya Ture 2009-cu ildə UEFA Çempionlar Liqasının həlledici final qarşılaşması barədə maraqlı xatirələrini bölüşüb.
"Barselona" klubunun keçmiş ulduzu Yaya Ture 2009-cu ildə UEFA Çempionlar Liqasının həlledici final qarşılaşması barədə maraqlı xatirələrini bölüşüb.
Gundem.today xəbər verir ki, sabiq yarımmüdafiəçi Kataloniya təmsilçisinin "Mançester Yunayted" üzərindəki tarixi qələbəsinin məhz mükəmməl taktiki üstünlüklə əldə edildiyini vurğulayıb.
Turenin sözlərinə görə, həlledici matçda İngiltərə nəhənginə qarşı nümayiş etdirilən oyun əsl möcüzəyə bərabər idi:
"2009-cu ilin final matçında hesabı Samuel Eto'O açdı, yekun nöqtəni isə Lionel Messi qoydu. Lakin Messinin qolu Rio Ferdinand və Nemanya Vidiç kimi nəhənglərin arasından başla vuruldu. Onlar fiziki baxımdan olduqca güclü və keçilməz müdafiəçilər hesab olunurdular. Messinin bu baş zərbəsi ilə vurduğu qol isə sözün əsl mənasında möhtəşəm idi.
Həmin vaxt "Mançester Yunayted" komandasına qarşı etdiklərimiz həqiqətən inanılmaz görünürdü. O dövrdə rəqibin heyətində Kriştianu Ronaldu və Ueyn Runi kimi ulduzlar çıxış edirdilər, onlar həm hücum, həm də müdafiə xəttində rəqibə qorxu saçırdılar.
Topu ələ keçirib Xavi, Andres İnyesta və Messiyə ötürdüyümüz anları xatırlayıram. O zaman mən müdafiədə Jerar Pike və Karles Puyolla birgə çıxış edirdim və biz bir-birimizə deyirdik: "Uşaqlar, artıq rahat nəfəs ala bilərik, sadəcə topu o üçlüyə verin".
Paltardəyişmə otağında baş məşqçi Pep Qvardiolanın verdiyi tapşırıqlar yaxşı yadımdadır. O qeyd etmişdi ki, topa sahib olduqdan sonra ehtiyatsız oynamamalıyıq, topu mütləq şəkildə Andres İnyestaya çatdırmalıyıq və həlledici anlarda Messi də topla təmin edilməlidir.
Məhz həmin dövrdə futbol ictimaiyyəti "saxta doqquz" termini barədə danışmağa başladı. Messi meydanın hər bir nöqtəsində hərəkət edirdi, bəzən öz mövqeyini tərk edərək rəqib müdafiəsində boşluqlar yaradırdı və bu manevrlər Ferdinandla Vidiçi tamamilə çaşdırırdı. Rəqib müdafiəçilər sabit mövqeli "9 nömrə"yə qarşı oynamağa vərdiş etmişdilər, ancaq Messi daim yerini dəyişirdi.
Bəzən elə anlar olurdu ki, mərkəz zonasında 4-5 futbolçumuzla rəqibin 2-3 oyunçusuna qarşı üstünlük yaradırdıq və onlar bu vəziyyətdə nə edəcəklərini bilmirdilər. Müdafiəçilərdən biri irəli atılır, digəri isə arxada qalırdı və oyunun taleyini həll edən əsas fərq də elə bu detal idi. Biz bu üstünlüyü matçın ilk 10 dəqiqəsindən etibarən hiss etməyə başladıq. Messi tez-tez arxaya çəkilərək oyunun gedişatını mükəmməl şəkildə oxuyurdu. Onun nümayiş etdirdiyi oyun inanılmaz idi və məhz hadisələri əvvəlcədən görmə bacarığı ilə fərqlənirdi".
Qeyd edək ki, həmin tarixi final qarşılaşmasında "Barselona" rəqibini 2:0 hesabı ilə məğlub edərək nüfuzlu turnirin baş mükafatına sahib çıxmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanNBA tarixində İLK: Təkrarolunmaz məhsuldar ötürmə
"Los-Anceles Leykers"in müdafiəçisi Bronni Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində "Qolden Steyt Uorriors"a qarşı keçirilən səfər matçında atası Lebron Ceymsə məhsuldar ötürmə edib.
İdmanTürkiyə futbolunda cəza yağışı: Nəhənglər milyonlarla lirə cərimələndi
Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) Superliqanın aparıcı klubları - "Qalatasaray", "Fənərbağça" və "Trabzonspor"la bağlı sərt qərarlar qəbul edərək, onlara müxtəlif qayda pozuntularına görə intizam cəzaları kəsib.
İdmanTərcüməçinin hərəkəti "Səbail"ə baha başa gəldi
AFFA İntizam Komitəsinin qərarı ilə I Liqa təmsilçisi "Səbail" 2610 manat cərimələnib, tərcüməçisi cəzalandırılıb. Oyunçusu qovulan "Şahdağ Qusar" da ziyana düşüb. Təfərrüatlar xəbərimizdə.
İdmanAzərbaycan millisindən ayrılan Fernandu Santuş dünya çempionatına yollana bilər
Bu il keçiriləcək futbol üzrə dünya çempionatının başlanmasına az vaxt qalmış Qana Futbol Assosiasiyası (GFA) milli komandanın sükanı arxasına yeni mütəxəssis gətirmək üçün hərəkətə keçib. Otto Addonun istefasından sonra baş məşqçi postu uğrunda üç məşhur portuqaliyalı çalışdırıcının namizədliyi aktiv şəkildə müzakirə olunur.