
Azərbaycan millisindən ayrılan Fernandu Santuş dünya çempionatına yollana bilər
Bu il keçiriləcək futbol üzrə dünya çempionatının başlanmasına az vaxt qalmış Qana Futbol Assosiasiyası (GFA) milli komandanın sükanı arxasına yeni mütəxəssis gətirmək üçün hərəkətə keçib. Otto Addonun istefasından sonra baş məşqçi postu uğrunda üç məşhur portuqaliyalı çalışdırıcının namizədliyi aktiv şəkildə müzakirə olunur.
Bu il keçiriləcək futbol üzrə dünya çempionatının başlanmasına az vaxt qalmış Qana Futbol Assosiasiyası (GFA) milli komandanın sükanı arxasına yeni mütəxəssis gətirmək üçün hərəkətə keçib. Otto Addonun istefasından sonra baş məşqçi postu uğrunda üç məşhur portuqaliyalı çalışdırıcının namizədliyi aktiv şəkildə müzakirə olunur.
Gundem.today xəbər verir ki, GFA-nın diqqət mərkəzində olan namizədlər siyahısında Azərbaycan yığmasının sabiq baş məşqçisi Fernandu Santuş, həmçinin Karloş Keyroş və Paulo Bento kimi adlar var. Siyahıdakı hər üç mütəxəssis xüsusilə dünya çempionatları olmaqla, beynəlxalq arenada olduqca zəngin təcrübələri ilə diqqət çəkir.
Xatırladaq ki, Fernandu Santuş ötən ilin sentyabr ayında qeydə alınan uğursuz nəticələrin ardınca Azərbaycan millisindən uzaqlaşdırıldıqdan bəri yeni iş yeri tapmayıb.
Məlumat üçün vurğulayaq ki, DÇ-2026 çərçivəsində Qana millisi L qrupunda qərarlaşıb və burada İngiltərə, Panama, eləcə də Xorvatiya yığmaları ilə gücünü sınayacaq. Komanda turnirdəki ilk sınağına iyunun 17-də Panamaya qarşı çıxacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Liverpul" klubunda növbəti ayrılıq - FOTO
İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Liverpul"un müdafiəçisi Endryu Robertson cari mövsümün sonunda komanda ilə yollarını ayıracaq.
İdmanFutbolda "yarım qanad" inqilabı: "Mezzala" nədir və kimlərə deyilir? - FOTO
Müasir futbol artıq, sadəcə, 4-4-2 və ya 4-3-3 düzülüşlərindən ibarət deyil. Texnologiya və taktiki analizin inkişafı meydandakı oyunçu rollarını da kökündən dəyişib.
İdman"Kəpəz"in futbolçusu Türkiyədə əməliyyat edildi
"Kəpəz"in futbolçusu Məqsəd İsayev əməliyyat olunub.
İdmanNBA tarixində İLK: Təkrarolunmaz məhsuldar ötürmə
"Los-Anceles Leykers"in müdafiəçisi Bronni Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində "Qolden Steyt Uorriors"a qarşı keçirilən səfər matçında atası Lebron Ceymsə məhsuldar ötürmə edib.