Son dəqiqə
İsveçdə onlarla məktəb silahlı hücum təhlükəsinə görə bağlandıValideynlər Nərimanovda məktəbin qarşısında dalaşdılar: Biri digərini BIÇAQLADI - VİDEOPolşa Xarici İşlər Nazirliyindən qalmaqallı ABŞ-li reper Kanye Uestlə bağlı qərarNiderlandda bankomat partladıldı: Sakinlər təxliyə edildi, saxlanılanlar var - VİDEOYağıntılar intensivləşəcək, sel ehtimalı var: Külək GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQİran ABŞ-yə meydan oxudu: Blokada qalarsa, heç bir razılaşma olmayacaq? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Yeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldı
Yeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldı
Kriminal

Yeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldı

Bu gün
11:52
0 baxış
Paylaş:

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümu ilə nəticələnən yanğınla bağlı cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümu ilə nəticələnən yanğınla bağlı cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə əlavə olunan sənədlərin tədqiqinə başlanılıb.

İlk olaraq hadisə vaxtı müşahidə kameralarının qeydə aldığı videogörüntülər izlənilib.

Təqsirləndirilən Mehriban Abasquliyeva həmin videogörüntülərdə körpələrin yanmasına münasibət bildirərkən deyib ki, həkim küvəzin yandığını görsə də, körpəni oradan çıxarmağa cəhd etməyib.

Prosesin davamında məhkəmənin əvvəlki iclaslarından baxılmamış saxlanılan, eləcə də cari iclas zamanı verilən vəsatətlərə baxılıb.

Belə ki, təqsirləndirilən tərəf əvvəlki iclaslarda verdiyi vəsatətlərin birində bir neçə şəxsin cinayət işi üzrə zərərçəkmiş statusuna xitam verilməsi istəyib. Bildirilib ki, onlar tibb işçiləri olublar və özlərini zərərçəkən hesab etmirlər.

Hakim sözügedən vəsatətə müşavirə otağında qiymət veriləcəyini bildirib.

Növbəti iclas aprelin 29-na təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Respublika_Perinatal_Mərkəzi#yanğın#məhkəmə#cinayət_işi#körpə_ölümü#Mehriban_Abasquliyeva#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#səhlənkarlıq#istintaq

Oxşar Xəbərlər

Bakıda qətl törədən şəxsə ağır cəza istənildiKriminal

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Bakıda xuliqanlıq və qətl törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bu gün
16:400
Hamlet Musayevin qızı həbs edildiKriminal

Hamlet Musayevin qızı həbs edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib.

Bu gün
15:000
Bakıda 727 min manatı qanunsuz leqallaşdıran şəxsə HÖKM OXUNDUKriminal

Bakıda 727 min manatı qanunsuz leqallaşdıran şəxsə HÖKM OXUNDU

Bakıda banklardan birindən cinayət yolu ilə 727 min manatdan çox pul vəsaitini qanunsuz leqallaşdırmaqda təqsirləndirilən Vaysero Aleksandr Vladimiroviçin məhkəməsi yekunlaşıb.

Bu gün
14:420
Binə qəsəbəsində narkopriton aşkarlanıb, saxlanılanlar var - VİDEOKriminal

Binə qəsəbəsində narkopriton aşkarlanıb, saxlanılanlar var - VİDEO

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Bu gün
13:360