
"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu
"Yeni Klinika"da əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.
"Yeni Klinika"da əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Gundem.today "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakının Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, ona elektron qolbaq taxılacaq.
Qeyd edək ki, Nizami Rayon Prokurorluğunun məlumatına əsasən, 2025-ci il mayın 18-də Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində mama-ginekoloq işləyən Sevinc Məmmədova Günay Məmmədovanı cərrahiyyə əməliyyatı edib.
Daha sonra Günay Məmmədova bu əməliyyat nəticəsində ölüb və faktla bağlı Bakı şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma aparılıb. Həmçinin, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Sevinc Məmmədovanın ötən il mayın 6-da "Yeni Klinika"da Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub. Nəticədə Günay Məmmədova mayın 18-də klinikada həyatını itirib.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda adam öldürməyə cəhd edən şəxsə ağır cəza verildi
Bakının Binə qəsəbəsində tanışını qəsdən bıçaqlamaqda təqsirləndirilən Şəmsi Məmmədlinin məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin təfərrüatları ilə tanış olun.
KriminalBöyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə törətdiyi ağır yol-qəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.
KriminalCəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı
Cəlilabadda qadın kommunal borca görə anası ilə dalaşıb, ona xəsarət yetirib.
KriminalBakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi
Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.